DƏCCAL DİNİNİN MƏHZƏBLƏRİ

Hədislərdə Dəccalın fitnəsinin bütün dünyanı əhatə edəcəyi bildirilməktədir. Bunun bir işarəsi də hər dindən, hər millətdən, hər inancdan bu sistemə qoşulanların olacağıdır. Bu fitnə çox böyük və əhatəli olduğu üçün bir çox insan bilərək və ya bilməyərək bu tələyə düşəcəkdir. Bu, insanların bilməyərək də olsa, Dəccalın müdafiə etdiyi həyat tərzinə qoşulmaları mənasına gəlir. Başqa bir sözlə, dünya görüşləri fərqli olsa da, anarxiya yaradan və bunu müdafiə edən, şiddət tətbiq edən və şiddəti sevən, dinclik və təhlükəsizliyi pozacaq hərəkətlər edən insanların hamısı Dəccalın dininə tabe olmuşlardır.

Bununla bərabər bu dinin öz içində müxtəlif “məzhəblər” vardır. Keçdiyimiz əsrə baxdığımızda Darvinizmdən həyat tapan iki vacib ideologiyanın insanlıq üstündəki yıxıcı təsiri olduğunu görərik: kommunizm və faşizm.

Bu iki ideologiya Dəccal dinin iki əsas məzhəbi olaraq qəbul edilə bilər. Hər iki ideologiyanın da qurucuları və öndə gələn liderləri günümüzdə Dəccalın fikri sisteminin kökü olan Darvinizmə bağlıdırlar və iki cərəyan da Darvinizmin təsiri altındadır. İnsanlığın başına bir çox fəlakətlər gətirən, dünyanı sanki bir döyüş meydanına çevirən bu məzhəblər daha da dəqiq araşdırıldığında ortaya maraqlı bir nəticə çıxır: Hər nə qədər bir-birilərinə zidd görüşlərə sahiblər kimi görünsələr də, hər iki məzhəbin bir çox ortaq nöqtəsi var; ikisinin də eyni mənbədən, yəni Darvinizmdən istifadə etdikləri açıq aydındır.. (Ətraflı məlumat üçün baxın, Darvinizmin İnsanlığa Gətirdiyi Bəlalar, Harun Yəhya, Vural Nəşriyyat, 2000). Bu məzhəblər arasındakı ortaq nöqtələri ve bu oxşarlıqların əsil dayaq nöqtəsi olan Darvinizmin təməl fikirlərini qısaca belə maddələyə bilərik:

Darvinizm 

* Çıxış nöqtəsi bir Yaradıcının var olduğunu inkar etməkdir. Əsas məqsədi də insanların din əxlaqından uzaq yaşadığı bir cəmiyyət yarada bilməkdir. Darvinizm, təsadüflərin ve raslantıların ilah edildiyi bir din halına gəlmişdir.

‎* Təbiətdə "həyatda qalmaq üçün mübarizə"nin, başqa sözlə də mərhəmətsizliyin hakim olduğunu bildirərlər. Bu iddiaya göre digər canlılar arasındakı amansız həyatda qalma mübarizəsi insanlar üçün də keçərli olmalıdır. Hərkəsin bir digərini rəqib olaraq gördüyü bir mühitdə, hirs, qazanmaq istəyi və nifrət də ən əsas duyğular olaraq məlumdur.

*Həyat mübarizəsi içində hər şeyi anlayışla qarşılamağa, mərhəmətə və dialoqa yer yoxdur. Əgər sadəcə güclü olanlar sağ qala biləcəklərsə, bu halda hər şəyi anlayışla qarşılamaq, mərhəmət və dialoq, insanların ən axırda ehtiyacı olacaqları bir şey olacaqdır

* Darvinizm böyük bir aldatmacadan ibarət olan bir ideologiyadır. Darvinizmin qarşıya qoyduğu bütün iddialar günümüzdə müasir elm tərəfindən yalanlar olduğu bildirilmişdir.

Kommunizm

*Dini, cəmiyyəti yatdıran bir növ tiryək olaraq qiymətləndirirlər. Hakim olduğu bütün cəmiyyətlərdə ilk mübarizəsi dini inanclara qarşı olmuşdur.

*Leninin, "İnkişaf ziddlərin mübarizəsidir" sözü ilə də bildirdiyi kimi, inkişafın ancaq münaqişə ilə mümkün olacağını düşünür. Bu ideologiyaya göre inkişaf ve irəliləyişi qan tökmədən reallaşdırmaq mümkün deyil.

‎* Silahlı mitinqlər ve inqilab, kommunizmin ən mühüm vasitələridir. İnqilabların və aksiyaların əsasında isə cəmiyyət içindəki digər təbəqələrə qarşı duyulan hirs ve mərhəmət etmədən intiqam almaq hissi vardır.

‎* Kommunizm hər növ müxtəliflik ve müxalifətə qarşıdır. Müxtəlifliyin tək mənası vardır; qarşıdurma üzvü olması. Kommunist rejimlərdə insanlar da daxil olmaq üzrə hər şey tək növdür. Bu təkliyi pozmağa çalışan hər hansı üzv rejim düşməni olaraq qəbul edilir ve buna qarşı olabiləcək ən sərt tədbirlər alınır. Belə bir yerdə xoşgörünün yaşanmağı ve dialoq mühitinin yaranması mümkün deyildir.

‎* Kommunizmin tərəfdarlarının (sempatizanlar : http://www.toplumdusmani.net/modules/wordbook/entry.php?entryID=2577 ) miqdarını artırmaq üçün bildirdiyi bərabərlik, ictimai ədalət

və azadlıq kimi qavrayışlarının nə qədər aldadıcı olduğu, kommunizmin praktiki tətbiqlərində  açıqca görülmüşdür. Despot ve totalitar bir rejim olan kommunizm üçün bu anlayışlar saxta bir təbliğat ünsürü olmaqdan başqa bir şey olamışdır.

Faşizm

* Faşizm və bütün tətbiqləri, din əxlaqıyla tamamilə əksdir. Faşizmin ən məlum xüsusiyyətlərindən biri, ona görə sözdə "müqəddəs" olan dəyərlər naminə minlərcə günahsız insanın canına qəsd edə bilməyi, üstəlik bunu bir ərdəm olaraq görməyidir. Bu səbəblə müharibə və qarşıdurma, faşizm üçün hardasa "olmazsa olmaz"dır.

‎* Fərqli irqlərə qarşı duyulan hirs ve nifrət, faşizmin ən əsas dayanaq nöqtələrindən biridir. Bu irqçi iddia, saysız müharibənin, qarşıdurmanın, qətliamın ve etnik təmizləmənin çıxış nöqtəsidir.

* Faşizmdə sərt bir intizam hakimdir. Əleyhinə olan hər növ fikir kökündən yox edilir. Hitlerin hakimiyyəti dövründə “Alman olmayan” fikirlər təşkil edən minlərcə kitab yandırıldı, bu zehniyətin sadəcə tək bir nümunəsidir.


Hitler, Mussolini, Franko kimi faşist diktatorlar, faşist ideologiyaları əsasında minlərcə günahsız insanın ölümünə, minyonlarcasının isə izdirab çəkməsinə səbəb oldular.

* Faşizm insanları qazanmaq üçün, onlara öz irqlərinin digər bütün irqlərdən üstün olduğu yalanını təlqin edir. Əsl məqsəd irq üstünlüklərinə bağlı bir sistem yarada bilməkdir. Ancaq hər irqin yalnız öz irqinin üstün olduğunu iddia edən bir mühitdə davaların və müharibələrin bitməyəcəyi aşkardır. Hitler və Mussolini kimi faşist diktatorların xalqlarını içinə atdıqları bəlalar, faşizmin müdafiə etdiyi fikirlərin böyük bir aldatmacadan başqa bir şey olmadığının ən əsas isbatındandır.

Yuxarıda saydığımız xüsusiyyətlər sadəcə bu ideologiyalar haqqında ümumi bir fikir vermək üçün düzülən bir neçə maddədən ibarətdir. Bu ideologiyaların gündəlik həyatdakı tətbiqlərinə baxdıqda şiddət və vəhşiliyə nə qədər bağlı olduğu daha dəqiq görülməkdədir. Ancaq əsl vacib olan Dəccaliyyətin və ona bağlı ideologiyaların cəmiyyətə verdikləri zərərlərə baxmayaraq geniş kütlələr tərəfindən mənimsənilə bilməsidir. Bu səbəblə Dəccal sisteminin cəmiyyətə necə təsiri altına aldığı məsələsi üzərində əhəmiyyətlə dayanılması lazımdır. Bunun təyin edilməsi, bəhs edilən sistemə qarşı aparılacaq olan fikri mübarizənin də ilk addımı olacaqdır. Çünki insanlar bir anda eqoist, hücumkar, mərhəmətsiz, nifrət dolu və intiqam güdən fərdlər halına gəlməzlər. Daha əvvəl də qeyd etdiyimiz kimi, bu, ancaq insanların mərhələli olaraq Dəccal sisteminə öyrəşmələri ilə reallaşır. Bu müddət insanların ətraflarını görüb bir şey öyrənməyə başlamaqları ilə birlikdə işə başlayar və ömür boyu aldıqları təlqinlərlə davam edir. Bu təlqinlərin hərəkət nöqtəsi isə insanların Allaha imandan uzaqlaşdırılmasıdır.

Ələ aldığımız bu əsas məzhəblərin də öz içlərində fərqli qrupları və tətbiqləri vardır. Saytın digər bölmələrində, Dəccaliyyərin terror ilə olan bağlantısını ələ alarkən bu alt qruplardan müxtəlif misallara baxılacaqdır. Ancaq daha əvvəl Dəccaliyyətin Quranda necə qeyd edildiyini araşdırmaqda fayda var.


© 2012 Bu sayt Harun Yəhya əsərləri əsasında hazırlanıb