Quranda Təsvir Edilən Dəccal Xarakteri

Peyğəmbərimizin Dəccalı təsvir etdiyi hədislərdəki xarakterlə Quranda izah edilən günahkar xarakteri arasında çox bənzərliklər vardır. Quranda pis əxlaq xüsusiyyətləri kimi göstərilən yalançılıq, ədalətsizlik, qəddarlıq, zülmkarlıq, insanlar arasında fitnə çıxarmaq, şiddət və qarışıqlıq yayılması üçün cəhd göstərmək, insanları din əxlaqından uzaqlaşdırmaq kimi inkarçıların göstərdiyi əxlaq, Darvinizmin bəslədiyi ideologiyaların da ən bariz xüsusiyyətləridir. Allahın Quranda günahkar insan olaraq bildirdiyi insanlar yer üzündə anarxiya və terror çıxaranlar, bunun üçün müxtəlif hiylələr quran, pis işlər tərəfdarı olanlardır. Bu insanlar Allahın qoyduğu sərhədləri tanımayanlar, din əxlaqını yaşamayan, günahkar işlərə meyilli insanlardır. “Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.” (Qəmər surəsi, 47) ayəsində bildirildiyi kimi, bu əxlaqı yaşayan insanların izlədikləri yol azğınlıqdır. Quranda azğın insanların müxtəlif xüsusiyyətləri təsvir edilir və insanlar buna qarşı belə xəbərdar edilir:

Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini yalan hesab edəndən daha zalım kim ola bilər? Doğrudan da, günahkarlar nicat tapmazlar. (Yunus surəsi, 17)

Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda (onlara) inanma­­dıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq.(Yunus surəsi, 13)

Quranda cəmiyyətin dinclik və rahatlığını pozan, insanlar arasında qarışıqlıq çıxaran və yer üzündə pisliyi yaymaq üçün plan quranların günahkar olduqları bildirilir. Darvinizmi özünə əsas götürən materialist ideologiyaların, kommunizm və faşizm kimi cərəyanların ən əsas xüsusiyyətlərindən biri də cəmiyyətin rahatlığını pozmaq və anarxiya yaratmaq olduğunu nəzərə alsaq, bu sitəmi yaşayan və yayanların Quranda bildirilən günahkar xüsusiyyətə malik olan insanlar olduğu aydın olur. Bir ayədə belə bildirilir:

Beləliklə, hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada (mümkün qədər) yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və (bunu da) hiss etmirlər. (Ənam surəsi, 113)

Ayədə də bildirildiyi kimi, bu cür insanlar öz planlarını yaymaq və həyata keçirmək üçün müxtəlif hiyləgər planlar qurarlar. Belə bir vəziyyətdə, bu cür xarakterli insanlara və bu sistemi yaymağa çalışanlara qarşı göstəriləcək ən gözəl mübarizə fikri mübarizədir.

Çünki yer üzündə təxribatçılığın yerini sülhün, qarşıdurma və anarxiyanın yerini dincliyin və sabitliyin alması, ancaq təxribatçılıq edənlərin bu cür fəaliyyətlərinin qarşısı alınması ilə mümkündür. Bu da belə bir fəaliyyət göstərənlərin fikri sistemlərinin səhv olduğunu ortaya çıxartmaqla və bunun çökdürülməsi ilə mümkün ola bilər. Belə bir məsuliyyəti isə ancaq iman edənlər boynuna götürə bilər. Çünki iman edənlərin üzərində Dəccaliyyətin fitnəsinin heç bir şəkildə təsiri yoxdur. Möminlər, Allahın Quranda təsvir etdiyi günahkar xarakterini yaşamaqdan və ya bu xüsusiyyətlərin ən kiçik bir əlamətini belə üzərlərində daşımaqdan şiddətlə çəkinən insanlardır. İman edənlərin yer üzündəki təxribatçılığı aradan qaldırmaq məsuliyyətlərini Allah belə bildirmişdir:

Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləz­­zətinə uydular və günahkar oldular.(Hud surəsi, 116)

Dəccal xarakteri nəfsin azğınlığına dayanır

Günahkar insanların ən bariz xarakterlərindən biri də özlərinə Quran əxlaqını deyil, nəfsinin istəklərini- xüsusi istək və ehtiraslarını- özlərinə rəhbər götürmələridir. Ancaq, insanın nəfsinə tabe olması böyük bir bəladır. İnsanın nəfsinə tabe olmağa başlaması, ilk əvvəl öz içində qarışıqlıq və pozuqluq yaşamasına səbəb olur. İnsanın vicdanına tabe olduğu halda gətirdiyi rahatlıq və hüzurun yerini narahatlıq, hüzursuzluq və etibarsızlıq alar “...Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər...” ayəsində də bildirildiyi kimi, nəfs durmadan insana pisliyi əmr edir.

Nəfs insana hər vaxt qısqanclıq, həsəd, hirs, kin, intiqam, sevgisizlik, mərhəmətsizlik, hörmətsizlik, məsuliyyətsizlik kimi pis əxlaq xüsusiyyətlərini yaşatmaq istəyir. İman edən insan isə nəfsinin deyil, vicdanının səsini dinləyir, iradəsini istifadə edir və gözəl əxlaq göstərir. Çünki, Allah Quranda insana nəfsinin pisliklərindən çəkinib qorunmağı əmr etmişdir və insan vicdanına uyğun gələn bu əmri yerinə yetirə bilir. Yəni, hər insan nəyin pis olduğunu bildiyi kimi, nəyin yaxşı olduğunu və pislikdən necə qoruna biləcəyini də çox gözəl bilir. Bu həqiqət ayələrdə belə bildirilir:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allahdan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır.(Şəms surəsi, 7-11)

Buna baxmayaraq, insanların çoxu vicdanlarının səsini elə boğurlar ki, onu heç eşidə bilmirlər və özlərini nəfslərinin idarəsinə təslim edirlər. Vicdanının səsinə qulaq asan bir insan onu əsəbləşdirəcək bir hadisə ilə qarşılaşdığında qəzəbinə hakim olub ağılla hərəkət edər. Nəfsinin səsinə qulaq asan insan isə hirsinə boyun əyərək kin və intiqam duyğusu ilə hərəkət edə bilər. Eyni şəkildə, bir haqsızlıqla qarşılaşan insan vicdanının səsini dinlədiyində ədalətsizliyə ədalətsizliklə deyil, haqq və ədalətlə cavab vermək lazım olduğunu bilir. Nəfsinə tabe olan insan isə haqsızlığa uğradığında həmin insana artıqlaması ilə cavab vermək istəyər. Vicdanını dinləyən insan mərhəmətli, anlayışlı, səbirli və fədakar olduğu halda, nəfsinə tabe olan insan zülmkar, zalım, səbirsiz və təkəbbürlü olur. Beəliklə, nəfsinə tabe olan insanların daha çox olduğu bir cəmiyyətdə sülhdən, rahatlıqdan və təhlükəsizlikdən danışmaq mümkün deyil. Necə ki Allah ayəsində insanların nəfslərinin qulu olduğu vəziyyətdə yer üzündə sabitlik qalmayacağını bildirmişdir.

“Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.” (Muminun surəsi, 71)

Dəccalın da dini və mənəvi dəyərləri hədəf almasının əsas səbəblərindən biri də budur. Çünki din əxlaqı insanların vicdanlarını dinləmələrini və nəfsin pisliklərindən qorunub çəkinmələrini tələb edir. Dəccalın ideologiyası isə tam əksini müdafiə edir. Buna görə də, insanları bir-birinə bağlayan, ictimai nizamı təmin edən ünsürləri -ki bu ünsürlərin başında din əxlaqı və bu əxlaqdan qaynaqlanan mənəvi dəyərlər gəlir- pozar və insanlar arasında qarışıqlıq və qarşıdurmanı təşviq edər. Dəccalliyətin insanların nəfslərinə uyğun gəldikləri bir nizam üzərinə qurulduğunu Peyğəmbərimiz (s.ə.v) bir hədisində belə ifadə etmişdir:

Fitnə-i axır zaman o qədər dəhşətlidir ki, kimsə nəfsinə hakim olmaz.6

İslam alimləri bu hədisi şərh edərkən, Dəccalın insanları istək və arzularına uymağa dəvət edəcəyini, bunu bəzəkli göstərəcəyini bidirmişdir. Məsələn, Bədiüzzaman Səid Nursi bu hədisi açıqlayarkən, “...(insan) nəfsinə məğlub olub, o alova sərxoşcasına bir süründürülmə ilə düşər, yanar...(Dəccal) pərvanə kimi nəfislərinə uyanları ətrafına toplar, pərişan edər...” demişdir.  

DƏCCAL YER ÜZÜNDƏ FİTNƏ-FƏSAD ÇIXARAR

Dəccal sisteminin insanlara verdiyi ən böyük zərərlərdən biri də bu sistemin yer üzündə fitnə çıxarması, rahatlıq və nizamı pozması üzərinə qurulmasıdır. Dəccalın əsas xüsusiyyəti fitnə çıxarmaq üçün şiddət, terror və anarxiyanı alovlandırmaqdır. Fitnə çıxarmaq çox geniş bir anlayışdır. İnsanların hüzurunu qaçıran, təhlükəsizlik və sülh halını pozan hər vəziyyət fitnədir. İki ölkə arasında heç bir tutarlı səbəb olmadan yaşanan müharibələr, bir cəmiyyət içərisində süni səbəblərlə meydana gələn daxili toqquşmalar, günahsız və sivil insanları hədəf alan terrorist hücumlar, günlük həyatda müşahidə edilən fərdi şiddət hadisələri də təxribatçılıq hadisələrindən sayıla bilər. Hal-hazırda gün keçdikcə sayı artan və yayılan müharibələr, toqquşmalar və şiddət halları Dəccalın fitnəsini göstərmək baxımından çox diqqətçəkicidir.  

Fitnə Quranda diqqət çəkilən və insanların çəkinməsi lazım olan təhlükələrdən biridir. Allah insanları fitnə çıxarmağı qadağan etmiş və fitnəçiləri sevmədiyini bildirmişdir. İnkarçıların yer üzündə daima fitnə çıxarmağa, müharibə, toqquşma və qarışıqlıq meydana gətirməyə cəhd göstərmələri bir ayədə belə bildirilir.


“...Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir!” (Maidə surəsi, 64)

Ayədə də görüldüyü kimi, bu insanların yer üzündə daima dava-dalaş çıxarmaq cəhdlərinə diqqət çəkilmişdir. Döyüş, qarşıdurma, terror, anarxiya kimi qantökmə halları Dəccalın ən çox istifadə etdiyi üsullardır. Bir başqa ayədə, bu Dəccali zehniyyət belə ifadə edilir:

“O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!” (Bəqərə surəsi, 27)

Quran əxlaqını yaşamaq insanlara sülh, hüzur və təhlükəsizlik içində yaşamağa çağırar. Quranda göstərilən hədəf hər inancdan və millətdən olan bütün insanların sülh içində yaşaya biləcəkləri bir mühit yaratmaqdır. Yer üzünün nizama salınması isə ancaq din əxlaqının yaşanması və insanların vicdanlarına görə hərəkət etməsi ilə mümkündür. Ayədə belə buyurlur:

“Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır. (Əraf surəsi, 65)

FİTNƏ  İNSANLAR ARASINDA ŞİDDƏTİN TƏŞVİQ EDİLMƏSİ İLƏ YAYILAR

Belə əxlaqın təməlində anlayış və səbir yerinə, kin və intiqam duyğuları durur. Döyüşlər, qarşıdurmalar və terror hərəkatlarını törədən insanlar səbr etməyi, ədalətlə hökm verməyi, mərhəmətli və bağışlayıcı olmağı bilməyən, problemləri güzəşt ilə həll etmək yerinə, şiddət istifadə etməyi sevən insanlardır. Eynisi ilə, Dəccalın dinində də insanlar yola getməyi deyil, tam tərsinə, qarşıdurma  xarakteri sərgiləməyi sevərlər. Bu, kin, hirs və düşmənlik duyğularını qızışdıraraq insanları bir-birlərinə salan bir mədəniyyətdir. Necə ki, hədislərdə Dəccalın kin, hirs və şiddətin geniş yayıldığı bir dövrdə ortaya çıxacağı və bu mühitdən istifadə edəcəyi bildirilmişdir. Bu hədislərdən bəziləri belədir:

Dəccal, dinin gücsüzləşdiyi, elmin qeyri-kafi bir hala gəldiyi anda ortaya çıxar. 7

O günlər ağılların qaçdığı günlərdir. İnsanlar bir-birlərini öldürərlər. Belə ki, adam qonşusunu, əmisioğlunu, yaxınını öldürər; öldürən nə üçün öldürdüyünü, öldürülən də nə üçün öldürüldüyünü bilməz.8

Əslindı bu xüsusiyyətlər, şeytanın da əsas xarakterləri arasında yer alır. Şeytan da üsyankar, yolagetməz, kin saxlayan və əsəbi xarakterə sahibdir. Dünyadakı məqsədi də insanları bu yola təşviq etməkdir. Buna görə də, şeytan insanları bir-birinə vuruşdurmağa çalışarlar. Allah bu təhlükəni Quranda belə bildirir.

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Şeytanın təsiri altına girən insanlar rahatlıqla anlayış göstərib keçə biləcəkləri hadisələri artıqlaması ilə gözlərində böyüdürlər. Xoşlarına gəlməyən, öz dünyagörüşlərinə uyğun gəlməyən hər şeyə əsəblə yanaşırlar. Əsəbiliklərindən doğru düşünə bilməz, hadisələri ədalətli və obyektiv şəkildə dəyərləndirə bilməzlər. Şeytan belə insanların düşdükləri vəziyyətdən istifadə edər; doğru düşünməyən, şüursuzca hərəkət etməyə çalışan bu insanları günaha meyilli insanlar halına gətirər. Onlara əsəblərinə uymadıqları müddətcə qəlblərinin rahatlamayacaqları təlqinini verər.

Quranda Hz. Adəmin oğulları arasında yaşanan hadisəni izah edən əhvalatda, şeytanın təlqini ilə hərəkət edən bir kimsənin necə idarəsiz və təcavüzkar bir xarakter göstərə biləcəyinə əhəmiyyətli bir nümunədir:

Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər! Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram. Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur”. Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu. (Maidə surəsi, 27-30)

Ayələrdə də görüldüyü kimi, şeytanın təlqini ilə nəfsinə uyan qardaş hirs və qısqanclıq ilə hərəkət etmiş və hissləri onu cinayət işləməyə qədər aparmışdır. Mömin əxlaqı göstərən digər qardaş isə qarşı tərəfin təcavüzkar hərəkəti və haqsız davranışı qarşısında belə ağlını itirməmiş, gözəl əxlaq göstərmişdir.

Eyni şəkildə, Allahın verdiyi nemətlər səbəbi ilə Hz. Yusufa qarşı qısqanclıq və hirs duyan qardaşları da onu öldürməyə cəhd etmişlər, Hz. Yusuf isə yaşadığı müxtəlif hadisələrdən sonra qardaşları ilə təkrar qarşılaşdığında onlara xoşgörüş göstərmiş və onları bağışlamışdır. Bu, Allahın iman edənlərə əmr etdiyi üstün əxlaqın bir gərəyidir. Ayədə müsəlmanların gözəl əxlaqı belə təsvir edilmişdir:

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarındanAllah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.” (Ali İmran surəsi, 134)

DƏCCAL İNSANI FANATİZMƏ YÖNLƏNDİRƏR

Dəccalın yerüzündə fitnə və qarışıqlıq çıxarmaq üçün istifadə etdiyi başqa bir metod da insanları fanatizmə təşviq etməsidir. Bu sistemdə insanlar inancları, fikirləri və ya ideologiyaları uğrunda fanatizmə getməyin münasib olduğuna inandırılırlar. Anlaşma və dialoq qurmaqla əldə edə biləcəkləri nəticələri ancaq şiddətə müraciət etməklə əldə edə biləcəkləri düşünərlər. Adi bir qısqanclıq, lazımsız bir hirs vəhşi cinayətlərlə, qəddar hücumlarla nəticələnə bilər. Çünki fanatik insan ağıllı düşünməkdən, sağlam mühakimə yürütməkdən uzaqlaşar, məntiqli qərarlar verə bilməz. Sadəcə duyğuları ilkə hərəkət edər. Hərəkətlərinə və üslublarına əsəb və hiddət hakim olar. Beləliklə, şiddətin hər növünü heç düşünmədən və vicdani narahatlıq duymadan həyata keçirə biləcək təhlükəli qruplar və insanlar ortaya çıxar. Ancaq Quran əxlaqı insanlara fanatizmə getməkdən və həddi aşmaqdan çəkindirər. Allah bir ayədə insanlara, istəklərinə qapılaraq işlərində ifrata gedənlərə itaət etməmələrini bildirir və iman edənləri Dəccalın bu tələsinə qarşı xəbərdar edir.

“...Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!” (Kəhf surəsi, 28)

İfratçılıq insanı Quran əxlaqından uzaqlaşdırar. Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə istənilən şərtlərdə, ağıllı və əsəbini cilovlamasını bilən, təvazökar, mülayim və xoşgörüşlü rəftarlarından əl çəkməməsidir. İman edənlərin məsuliyyəti, insanlara yaxşılığı əmr etmək və onları pisliklərdən çəkindirməkdir. Bu isə insanlara din əxlaqını izah edərək və dindənkənar sistemlər ilə fikri mübarizə apararaq yerinə yetiriləcək bir məsuliyyətdir. Mömin bu məsuliyyətini yerinə yetirərkən öz vəzifəsinin yalnız doğruları izah etmək və insanlara yol göstərmək olduğunu bilər. İman etmələri üçün insanları məcbur etmək kimi bir öhdəçiliyi yoxdur. Allah, iman edənlərə, "dində zorlama yoxdur" (Bəqərə surəsi, 256) hökmüylə də bildirdiyi kimi, insanları məcbur etməmələri lazım olduğunu buyurur. İnsanlara hidayət verəcək olan, yəni onların iman etməsini təmin edəcək olan Allahdır. İman edənlər isə yalnız bu hidayətə vəsilə ola bilmək üçün səy göstərərlər:

Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir...” (Bəqərə surəsi, 272)

DƏCCALA TABE OLANLARIN ORTAQ XÜSUSİYYƏTLƏRİ: ŞEYTANİ MƏNTİQLƏ HƏRƏKƏT ETMƏLƏRİ

Onun yanında iki çay olacaq: Göz birini ağappaq su, digərini isə qaynayan bir atəş olaraq görəcək. Ancaq içəri girənlər bunun tam tərsi olduğunu görəcək. 9

Onun (Dəccalın) fitnəsindən biri də, yanında cənnət və cəhənnəmin mövcud olmasıdır. Onun cənnəti cəhənnəm, cəhənnəmi də cənnətdir. 10

Yuxarıdakı hədislər Dəccalın insanlara yaxşını pis, pisi yaxşı göstərdiyinə dair rəvayətlərdən ikisidir. Bu, şeytanın da xüsusiyyətlərindən biridir. Şeytan da eynilə Dəccalın insanları anarxiya və terrora dəvət edərkən etdiyi kimi, insanların ancaq özünə tabe olduğu halda qurtuluşa çatacaqlarını və özünün doğru bir yol üzərində olduğunu iddia edir. İnsanları dinsizliyə və inkarçı bir əxlaqa çağırarkən onların yaxşılığını istədiyi bildirir:

De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!”(–) (deyib doğru yola) çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik­?” De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq.(Ənam surəsi, 71)

Eyni şəkildə, şeytanın yolu ilə gedən insanların da yaxşılıqdan başqa bir şey istəmədiklərini iddia etdikləri bir ayədə belə bildirilir:

Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və (mübahisə edənləri) barışdırmaq istədik!”– (deyə) Allaha and içdikdə (onların halı) necə olacaq? (Nisa surəsi, 62)

Dəccal sistemində insanların pisliyi yaxşı görmələrinə aid göstərilə biləcək ən bariz nümunələrdən biri şiddətin, toqquşmaların və dava-dalaşın normal qarşılanmağa başlamasıdır. Yuxarıda da bildirdiyimiz kimi, insanlar istədiklərini əldə etməyin ən təsirli yolunun şiddətə müraciət etmək olduğuna özlərini və ətraflarını inandırmışdırlar. Günahsız insanları qətl edərkən, heç bir günahı olmayan insanlara zərər verərkən bunları ağıllarınca haqq bir mübarizə üçün etdiklərini düşünürlər. Terror təşkilatlarının üzvləri ilə, yaxud dünyanın müxtəlif bölgələrində döyüş və qarşıdurmalar törədən insanlardan biri ilə görüşüldüyündə, hamısı şiddət tətbiq etməkdə sözdə nə qədər haqlı olduqlarını izah edəcəklər. Halbuki, bu böyük bir yanılma və zalımlıqdır. Günahsız və müdafiəsiz insanlara qarşı şiddət tətbiq edən heç bir mübarizə haqlı deyil.

Bu aldanışlarının əsasında isə həmin insanların şeytana və onun davamı olan Dəccala tabe olmaları, başqa sözlə, şeytanın məntiqi ilə hərəkət etmələridir. Hər şeyin Yaradıcısı olan Allah, insanlara şeytanın yolu ilə getməmələrini əmr etmişdir. Allah bu əmrini ayələrdə belə açıqlayır:

“Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.” (Bəqərə surəsi, 168)

“Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır.” (Fatir surəsi, 6)

Rəbbimizin bütün bu əmrlərinə baxmayaraq şeytanın məntiqi ilə hərəkət edən bir adamın ağılı və ürəyi korlaşar. Ağılda və ürəkdə meydana gələn bu qapanma inkar edənlərin və din əxlaqını yaşamayanların ümumi bir xüsusiyyətidir. Quranda gözləri olduğu halda gerçəkləri görə bilməyən, qulaqları olduğu halda eşitməyən insanlara diqqət çəkilmiş, Allahın bu insanların ürəklərini də möhürlədiyi belə bildirilir:

Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər. Allah (haqqı) bilməyənlərin qəlbini belə möhürləyir. (Rum surəsi, 58-59)

Quranda da, “...gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.” (Əraf surəsi, 179) ayəsində bildirildiyi kimi, insanın görmə və eşitmə duyğusunun işləməməsi, ürəyin ölü hala gəlməsinə işarə edilir. Belə bir şüur qapalılığı, Dəccalın sisteminə uyanların, vicdanlarını tamamilə tərk etmiş, doğrunu səhvdən ayırd edəcək bir anlayışa sahib olmayan, zalım insanlar olduqlarını göstərilir. Belə bir insan, bir hadisənin özünə və ətrafına verəcəyi zərərlərə əhəmiyyət verməz və rahatlıqla insanlara zülm edə bilər. Dəccalın yalanlarına qapılar və yaxşını pis, pisi yaxşı olaraq görməyə başlar. Belə insanların vəziyyəti Quranda aşağıdakı kimi bildirilir:

Ayələrimizi yalan sayanlar qaranlıqlar içində (qalmış) karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər.” (Ənam surəsi, 39)

Allah şeytanla birgə fəaliyyət göstərən və yer üzündə də şeytanın məntiqini yaymağa çalışan bu qəddar insanların axirətdə alacağı qarşılığı belə xəbər verir:

“(Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. Onların sığınacaqları yer Cəhənnəmdir. Onlar oradan xilas olmağa bir yol tapa bilməzlər.” (Nisa surəsi, 120-121)

DƏCCALIN QURDUĞU TƏLƏ DƏ ALLAHIN İDARƏSİ ALTINDADIR

Peyğəmbərimiz (s.ə.v) hədislərdə Dəccalın tələlərinin böyüklüyünə diqqət çəkmiş və bizi bu tələlərə qarşı xəbərdar etmişdir. Həqiqətən də, Dəccaliyyətin fitnəsi səmimi iman edənlər istisna olmaqla, hardasa bütün insanları əhatə edə biləcək böyüklükdədir. Bu gün dünyada yaşanan əxlaqi pozulma və xaos mühiti haqda ətraflı düşünmək bu fitnənin ölçüsünün daha yaxşı qavranmasına imkan verəcək. Hansı ölkədən, hansı millətdən, hansı irqdən olmasına baxmayaraq insanlar bu pozulmağa və fitnəyə şəxsən şahidlik edirlər.

Ancaq, burda unudulmamalı çox vacib bir mövzu vardır. Quranda bir çox ayədə iman etməyənlərin qurduqları bütün tələlərin həqiqi sahibinin Allah olduğu bildirilir. Allah insanları sınamaq, saleh olanları ortaya çıxarmaq, onları təlimləndirmək, inkar edənlərin də küfrünü göstərmək üçün, daha bir çox hikmətə uyğun olaraq şeytanın da fəaliyyətlərini və beləliklə də Dəccaliyyəti də qədərdə yaratmışdır. Ancaq Dəccaliyyət mütləq məğlub olacaq şəkildə yaradılmışdır. Demək, inkar edənlərin tələləri, Allahın izni ilə, heç bir zaman qələbə çalmayacaq tələlərdir. Bir ayədə bu sirr belə ifadə edilir:

“(Zalımlar) öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)

Tarix boyunca inkar edən və insanları inkara çəkmək istəyənlər müxtəlif tələlər qurmuşdular. Ancaq, qurulan bütün tələlər Allahın qanununa uyğun olaraq pozulmuş və öz sahibinə dönmüşdür. Bu, Allahın dəyişilməz qanunudur. Bir ayədə belə bildirilir:

“…Onlara qorxudan (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı. (Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən.” (Fatir surəsi, 42-43)

Eyni aqibət Dəccalın qurduğu tələlər və birbaşa Dəccalın fikir sistemi üçün də keçərlidir. Bu sistem də insanları Allahın yolundan azdırmaq üçün qurulmuş xüsusi bir tələdir. Qurulan tələlər nə qədər böyük olsa da, hazırlanan planlar nə qədər əhatəli və təsirli olsa da, hamısı Allahın idarəsi altındadır. Dəccal da, onun qurduğu tələlər də yalnız Allahın diləməsi ilə vardır. "Allah diləmədikcə siz diləyə bilməzsiniz" (İnsan Surəsi, 30) ayəsində də buyurulduğu kimi, Allah diləmədikcə heç kim bir şey diləyə bilməyəcəyi kimi, nə bir tələ qurmağa, nə də bu tələni həyata keçirməyə gücü çata bilər.

6-Philip Morrison, "The Silicon Gourmet", Scientific American, Nisan 1997, s.92.
7- Stuart Firestein, "Olfactory Receptor Neurons", Encyclopedia of Life Sciences, Aralık 2000, http://www.els.net.
8- Heinz Breer, "Olfaction", Encyclopedia of Life Sciences, Ağustos 1999, http://www.els.net.
9- Heinz Breer, "Olfaction", Encyclopedia of Life Sciences, Ağustos 1999, http://www.els.net.
10- Heinz Breer, "Olfaction", Encyclopedia of Life Sciences, Ağustos 1999, http://www.els.net.


© 2012 Bu sayt Harun Yəhya əsərləri əsasında hazırlanıb