DƏCCALA QARŞI FİKRİ MÜBARİZƏ VƏ DİN ƏXLAQININ İZAH EDİLMƏSİ
Saytın əvvəlində bildirdiyimiz kimi, insanları şiddətə və vəhşətə yönəldən səbəb vicdanlarına qulaq asmamaları, Allaha qarşı məsuliyyətli olduqlarını və axirətdə etdikləri hər şeyə görə mütləq sorğu-sual olunacaqlarını gözardı etmələridir. Bu səbəblə insanları şiddət və terrordan uzaqlaşdırmanın ən təsirli üsulu onları bu yola yönəldən cəhaləti aradan qaldırmaqdır. Terror qarşısında ədli, siyası və iqtisadi tədbirlərin görülməsi çox vacibdir. Lakin bu tədbirlərin heç biri təklikdə terrorizmlə mübarizə aparmaqda yetərli deyildir. İlk növbədə terrorun təməlini təşkil edən fikri zəmini aradan qaldırmaq lazımdır. Bunun üçün kini, nifrəti təlqin edən bütün ideologiyalar ilə fikri mübarizə aparılmalı və bunların yerinə dinin insanlara öyrətdiyi əxlaqı dəyərlər qorunmalıdır. Sayt boyunca araşdırdığımız kimi bütün bu ideologiyaların dayaq nöqtəsi Darvinizmdir. Elmi olaraq tamamilə çökmüş, ağıl və məntiqdən kənar olduğu sübut edilən bu nəzəriyyənin bugün hələ də ayaqda tutulmağa çalışılmasının tək səbəbi nəzəriyyəyə olan ideoloji bağlılıqdır. Başqa sözlə, bu təməl aradan qaldırıldığında bu ideologiyalar üzərində formalaşan zəmin də aradan qaldırılmış olacaq. Buna görə də Darvinizm ilə edilən fikri mübarizə insanlığa hüzur, barış və güvənlik gətirə bilmək üçün edilən işlərin təməlini formalaşdıracaq.
Bu fikri mübarizənin bir mərhələsi haqqında danışdığımız ideologiyaların əsl üzünün deşifr edilməsi, yanılma və yanlışların insanlara göstərilməsidir. Digər önəmli bir mərhələsi isə insanlara həqiqi hüzur və barışı gətirən din əxlaqının anladılmasıdır. Bugün insanların əksəriyyəti əsl dini bilmədikləri üçün dinsizliyin təsiri altına girirlər. Buna görə də haqq dinin anladılması, Allahın insanlara əmr etdiyi gözəl əxlaqın bütün dünyaya tanıdılması bu əxlaqı bilən və yaşayanların üzərində böyük bir məsuliyyətdir
Bu gün dünyada Dəccalın sistemi, yəni anarxiya, qarğaşa və xaos hakimdir. Ancaq hər pisliyin olduğu kimi Dəccalın qurduğu yanlış sistemin də bir sonu var. Allah tarix boyunca günahkar olan, pozğunçuluq yaradan neçə-neçə cəmiyyəti, qrupu məhv etmişdir. Zalımlıq və mərhəmətsizlik üzərində qurulan, şiddətə və terrora yönələn, insanlara zülm edən bütün birliklərin və axınların hamısının aqibəti eynidir. Hər anarxist, hər terrorist sonda həlak olur. Anarxiyanı və terroru dəstəkləyən hər milllət yox olur. Zülm edən heç zaman nicat tapmaz. Quranda zalım bir topluluğun sonu belə bildirilir:
Beləcə zülm edən topluluğun kökü kəsildi. Həmd aləmlərin rəbbi olan Allah məxsusdur. (Ənam surəsi, 45)
Şübhəsiz Dəccalın uğrayacağı son da bundan fərqli olmayacaq. Bu səbəblə şiddətə və terrora baş vuranların bənzər bir sona uğramamaları üçün bu yoldan geri çəkilmələri lazımdır. Allah zülmlərindən və günahlarından sonra doğru yola qayıdanların xətalarını bağışlayacağını bildirir. İnsanların din əxlaqını bilmədən cahilcə etdiklərinə görə Allah onları əfv edər. Allah çox bağışlayan, əsirgəyən və rəhmt sahibidir. Buna görə də, anarxiya çıxaranlar, insanlara zərər vermiş olanlar “bu yoldan qayıtmaq üçün artıq çox gecdir” kimi düşünməməlidirlər. Anarxiya və terrordan dönmək heç bir zaman gec deyildir. Bu insanlar səmimi bir şəkildə Allaha tövbə etməli və keçmişdə etdikləri xətaları təkrarlamamalıdırlar. Allah cahilliklərinə görə pislik edib sonra bağışlanma diləyənləri əfv edəcəyini bir ayədə belə bildirir:
Bizim ayələrimizə iman edənlərə de: “Salam olsun sizə. İçinizdən kimsə cahilliyindən pislik edər, sonra tövbə edərək (özünü) islah edərsə şübhəsiz Allah bağışlayandır, əsirgəyəndir.” (Ənam surəsi, 54)