DƏCCAL

DƏCCAL NƏDİR?

Dəccal sözü bir çox insan üçün bir məna kəsb etməz. Çünki, insanları böyük bir qismi bu mövzu barədə çox az məlumata sahibdirlər, hətta bu anlayışı heç eşitməyiblər. Halbuki, dəccal Peyğəmbərimizin (s.ə.s) qiyamət gününün yaxınlaşdığını işarə edən hədislərində haqqında bir çox melumat verilən çox vacib bir anlayışdır. Bu saytın məqsədi də dəccalı hədislərdə bildirilən bütün xüsusiyyətləriylə təsvir etmək, Peyğəmbərimizin (s.ə.s.) diqqət çəkdiyi bu şeytani gücün yaxından tanınmasına vəsilə olmaqdır.

Dəccal axır zamanda (dünyanın son dövrlərində) çıxacaq olan neqativ gücün adıdır. Hədislərlə əsasən bir şəxsiyyət olaraq təsvir edilir, ancaq bu bir şəxs olmaqla bərabər, şiddətə və vəhşiliyə meyilli, şeytani xüsusiyyətlərə sahib və insanlara zülm edən bir idealogiya ola bilər. Saytın digər bölmələrində də Dəccaliyyət bu istiqamətdən də ələ alınacaq, bütün dünyaya təsir edən azğın bir fikir sistemi olduğu göstəriləcəkdir. Bu fikir sistemi, sanki bir cadu kimi insanlara təsir edən, bütün səhvlərinə baxmayaraq izləyənləri olan və hətta öz içində məzhəblərə bölünmüş bir sistemdir.

Bu sistemin öz ideologiyasını dünyada hakim etmək üçün insanları qorxu və narahatlığa sürükləyərək xaos və anarxiya meydana gətirməsi, yer üzündə dinclik və təhlükəsizliyi aradan qaldırması saytda bəhs edilən əsas mövzulardan biridir. Bəhs edilən sistem hədəfinə çatmaq üçün ən çox istifadə etdiyi üsullardan biri müdafiəsiz insanlara qarşı şiddət və terror hərəkatıdır. Başqa sözlə, terror dəccal sisteminin ən vacib silahıdır. Bu silah dəccal sisteminin tərəfdarları tərəfindən sanki ayin kimi böyük bir histeriya və əsəblə tətbiq edilir. Bu gün hələ də dünyanın bəzi bölgələrində davam edən müharibələr, toqquşmalar, qanlı terror hərəkatları, vəhşi qətliamlar, cinayət və soyqırımlar, axır zamanın ən əsas şeytani gücü olan Dəccalın əsəridir. Bu sistemin əsas hədəfi insanları imandan, gözəl əxlaqdan, mənəvi dərinlikdən, sevgidən, şəfqətdən və bütün insani ali vəzifələrdən uzaqlaşdırıb, onları sevgisiz, təcavözkar,   vəhşilikdən və şiddətdən zövq alan şüursuz heyvan halına gətirmək və bu minvalla dünyanı qanlı bir döyüş meydanına çevirməkdir. Ancaq, bu planın heç vaxt gerçəkləşməyəcəyi və Dəccali sistemin mütləq yox olacağı əsla unutulmamalıdır. Yaratdığı xaosun və meydana gətirdiyi fitnənin ölçüsü hər nə qədər olsa da, dəccalın fikir sistemi, haqq olmayan bütün digər fikir sistemləri kimi Allahın bir qanunu gərəyi məğlub olmağa və yox olmağa məhkumdur. Və bu məğlubiyyət, Allahın izni ilə ixlasla Allaha dönən və yerüzündə imanın və gözəl əxlaqın yayılması üçün cəhd göstərənlərin etdikləri fikri mübarizə ilə gerçəkləşəcəkdir. Bu, Allahın iman edənlərə bir vədidir. Bir Quran ayəsində haqqın batili yox edəcəyi belə bildirilir:

De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)

Dəccalın fikir sistemi

Ərəb sözü olan Dəccal, “yalançı, hiləgər; zehinlərdə, könüllərdə yaxşı ilə pisi, haqq ilə batılı qarıştıran; bir şeyin həqiqi üzünü gizlədən; hər yeri gəzən pis və uğursuz şəxs” kimi mənalara malikdir. Peyğəmbərimizin (s.ə.s) axır zamandan bəhs edən bir çox hədislərində Dəccal, qiyamətin ən vacib əlamətlərindən biri olaraq qeyd edilir.

Hal-hazırda dünyanın vəziyyəti isə Peyğəmbər əfəndimizin hədislərində təsvir etdiyi axır zamana çox bənzəyir. Hədislərdə bu dövrdə fitnənin (qarışıqlıq və təxribatçılığın), anarxiyanın və şiddətin yayılacağı, dünyada hüzurun qalmayacağı, insanların aclıq, kasıblıq, qıtlıq kimi bir çox sıxıntı ilə mübarizə edəcəyi, pisliyin və fəsadın yayılacağı bildirilmişdir. Bu dövrdə, qarışıqlıq və hüzursuzluğun yayılmasına, insanları  əxlaqsızlıq və pislik etməsinə məcbur edən, cəmiyyətləri inkara və üsyana aparan, terrorun və şiddətin mənbəyi olan fikri baza Dəccaldır.

Dəccalın əxlaqsızlığı yayma metodu yaxşını pis, pisi yaxşı göstərməyidir. Bu haqda bildirilən hədislərdən biri belədir:
Dəccal çıxar. Onda su və atəş vardır. Insanların su olaraq gördükləri yandırıcı bir atəşdir. Insanların atəş olaraq gördükləri isə soyuq və dadlı bir sudur.

Peyğəmbərimizin (s.ə.s) hədislərində qiyamət başlamamışdan əvvəl  Dəccalın mütləq çıxacağı bildirməklə yanaşı onun necə bir mühitdə gələcəyi də bildirilib. Dəccalın  çıxdığı dövr din əxlaqının yaşanmadığı, Allahın açıq-aşkar inkar edildiyi, əxlaqsızlığın, müharibələrin, qarşıdurmaların çox yayıldığı, terrorun, cinayətlərin və şiddətin gündəlik həyatın bir parçası halına gəldiyi bir dövr olacaqdır. Tarixdə dünyada anarxiya və qarışıqlığın yaşandığı dövrlər olmuşdur, ancaq Dəccalın səbəb olduğu qarmaşa və xaos mühiti tarixin heç bir dövründə yaşanılmamış dərəcədə böyük olacaqdır.

Peyğəmbərimiz də (s.ə.v) bir hədisində bu mövzuya diqqət çəkib:

Allah Hz. Adəmi yaratmış olduğu gündən bu yana Dəccalın fitnəsindən daha böyük bir fitnə olmamışdır.

Dəccalın təşkil etdiyi dinsizlik fitnəsi

Yaşadığımız dövr insanların din əxlaqından uzaq yaşadığı və ətraflarındakıları da belə qaranlıq yolla yaşamağa təşviq etdiyi bir dövrdür. Bəzi insanların din əxlaqını yaşamamasının nəticəsi olaraq necə əxlaqi pozuntu yaşadıqlarına aid nümunələri dünyanın müxtəlif ölkələrində cəmiyyət həyatının hər anında özünü göstərməktədir. Dünya mətbuatında bildirilən, ədalətsizliyin, əxlaqsızlığın, zülmün, yoxsulluğun, pozğunluğun, cinayətlərin və oğurluğun artdığını göstərən  bir çox xəbər də bu həqiqətin əksidir.

Şübhəsiz ki, bu vəziyyət bəzi insanların yaradılış məqsədlərini unutduqlarına, bir imtahan yeri olan dünya həyatına ehtirasla bağlandıqlarına görədir. Bu şəxslərin düşdükləri vəziyyətin başqa bir səbəbi də, onlara təqdim edilən gizli dinsizlik təhlükələrinə tez inanmalarıdır.

Burada bəhs edəcəyimiz əsas mövzu bu gizli təhlükələrin nələr olduğu və bir çox insanın xəbəri belə olmadan bunların necə təsir altına düşdükləridir, hətta bir müddət sonra bu batil sistemin necə olub da əsas müdafiəçisi olmasıdır.

Insanları din əxlaqından uzaqlaşdırmağı qarşılarına məqsəd qoyan bu təlqinlər çox zaman birbaşa çadırılmaz .  Çünki, bunları açıq-aşkar formada cəmiyyətin qəbul etməyəcəyi məlumdur. Bu səbəbdən, veriləcək mesajların bilavasitə olması, amma eyni zamanda maraqlı və istiqamətləndirici olmağına diqqət yetirilir.

Dinsizlik nəzəriyyəsi tərəfdarlarının ilk məqsədi insanlara Yaradıcımız olan Uca Allahı, ölümü və axirəti unutdurmağa çalışmaqdır. Beləliklə, insanları imandan, gözəl əxlaqdan, sevgidən, şəfqətdən uzaqlaşdırıb onları sevgisiz, təcavüzkar, şiddətdən və mərhəmətsizlikdən zövq alan insanlar halına gətirməyi hədəfləyərlər. Insanları və hətta ölkələri bir-birinə qarşı qoymaq, bununla da dünyanı qanlı bir müharibə meydanına çevirmək isə onların əsas hədəfləridir. Allahın izni ilə, bu planın heç bir zaman reallaşmayacağı unudulmamalıdır.

Iman gətirənlər insanları sülhə və rifaha dəvət edib yaxşılığı əmr etdikdə, pislikdən çəkindirmək məsuliyyətlərini lazımınca yerinə yetirdiklərində, həqiqi din əxlaqını bilməyən və tanımayan bir çox insan onlar vəsiləsi ilə Qurana yönələcək və Allahın razı qalacağına ümid edilən həyat yaşamaya başlayacaqdır. Dəccal və onun tərəfdarlarının qurduqları bu qaranlıq sistemin yox olmasıyla birlikdə qarışıqlıq, kasıbçılıq, narahatlıq, təhlükəsizlik, ədalətsizlik, haqsızlıq kimi sıxıntılar bitəcək, dünya sülh və bolluq- bərəkət içində olacaqdır. Küçələrdə insanlar rahatlıqla gəzəcək, hüquq sistemi, həqiqətən də, ədaləti təmsil edəcək, Allahın insanlara verdiyi nemətlərdən hamı bərabər faydalanacaq, təhsil və səhiyyədə hər kəs bərabər imkanlara sahib olacaq, incəsənətə lazım olan dəyər və əhəmiyyət veriləcək, yaşayış yerlərinin keyfiyyəti artacaq, elm və texnologiyda böyük irəliləyişlər müşahidə olacaq, insanlar bir-birinə sevgi, mərhəmət və şəfqət ilə yaxınlaşacaqlar, cinəyət əməllərində böyük azalmalar görüləcəkdir.

Unutmamaq lazımdır ki,  bu saydığımız gözəlliklərin reallaşması üçün dua edib səy göstərmək iman sahibi hər kəsin məsuliyyətidir. İman edənlər ixlasla və səmimiyyətlə, din əxlaqını yaymaq üçün cəhd etdiklərində Allah mütləq, möminləri “...onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir.” (Nur surəsi, 55)

Dəccalın istifadə etdiyi gizli silahlar

Hal-hazırda inkişaf edən texnologiya və rabitə vasitələrinin, eləcə də internetin cəmiyyətin mədəniyyətinə birbaşa təsir etdiyi açıqca görünür. Bu təsiri mənfi yöndə istifadə etməyi məqsəd seçən dəccal və tərəfdarları da öz sistemlərini yaymaq üçün texnologiyandan səmərəli şəkildə istifadə edirlər.

Məsələn, internet - təhsil, ticarət, elm, xəbərləşmə kimi insanlara faydası olan bir vasitədir. Eyni zamanda bütün dünyaya Quran əxlaqını öyrətmək üçün böyük bir fürsətdir. Ancaq dövrümüzün lazımlı bir hissəsi olan və bir çox ehtiyaclarımızı qarşılamasıyla bərabər internet gənc nəsillərə böyük zərərlər də verməktədir. Bunun səbəbi isə dünyada əxlaqsızlığı yaymaq, insanların zehinlərinin boş və faydasız mövzularla doldurmaq istəyənlərin internet vasitəsiylə qumarı, cinsi azğınlıqları, satanizm kimi azğın inancları yaymağa cəhd etmələridir. Din əxlaqına uyğun olmayan bu hərəkətlər, dinsizlik təlqinlərinin vacib vasitələrindəndir. Qumar oynamağa öyrəşən, şiddət məzmunlu kompyuter oyunlarının təsirinə düşən, işindən və yuxusundan geri qaldıqlarını bilsələr də zehinlərini boş mövzularla məşğul edən bu adamlar, bu oyun və əyləncələrlə dünyada əsil varlıq məqsədləri olan Allaha qulluq etməyi unudurlar.

Bundan başqa qazet, televizor, film kimi digər kütləvi informasiya vasitələri mədəniyyətlərini, yaşayış və düşüncə tərzlərini yönləndirən vacib vasitələrdir. Hər birindən faydalı olaraq istifadə edilə bildiyi kimi, dəccal və tərəfdarlarının şüurlu istiqamətləndirmələri nəticəsində tərs istiqamətdə də təsir meydana gətirə bilər.  Məsələn, bu vasitələrlə reinkarnasiya, buddizm, ateizm kimi batil düşüncələrin, materialist fəlsəfənin, doğru olmayan həyat tərzinin reklamı tez-tez göstərilir. Təbii ki, bu vasitələr sadəcə bu məqsədlər üçün istifadə edilmir, faydalı işlərə də vəsilə olmaqdadır. Belə ki çox az olsa da, film sahəsində düzgün mesajlar verən əsərlərə də rastlamaq mümkündür.

Buna görə, bu vasitələri faydalı mövzularda istifadə etmək üçün yaxşıların ittifaq etməkləri lazımdır. Məsələn, internetin din əxlaqını yaşayanlar tərəfindən təsiredici formada istifadə etmələri çox vacibdir .Çünki, məlumdur ki internet Quran əxlaqının təbliq edilməsində və yayılmasında ən tez, ən təsirli və ən səmərəli üsullardan biridir.

Bunun üçün də Müsəlmanlar Quran əxlaqının yayılması üçün birlik olub daha ciddi çalışmalıdırlar. Çünki, belə vacib bir mövzu haqda zəiflik göstərmək bu sahələri bir qrup azğın dünyagörüşlü qruplara vermək deməkdir. Bunun üçün edəcəyimiz elmi, texnologiyanı ən yaxşı şəkildə qiymətləndirərək milli və mənəvi dəyərlərimizi gələcək nəsillərə ən gözəl şəkildə verməkdir.

Bunlar əgər edilsə, Allahın izi ilə, insan ağlına və fitrətinə tərs olan azğın düşüncələrin cəmiyyətdə yayılması mümkün olmayacaqdır.

DİNSİZLİK TƏLQİNİNDƏ İSTİFADƏ EDİLƏN TƏŞVİQ ÜSULU

Dünyanın bir çox ölkəsində əxlaqsızlığın bütün dünyaya yayılması üçün cəmiyyət tərəfindən tanınan şəxslərdən istifadə edilərək təlqin təbliğatı etmək olduqca təsirli bir üsuldur.

Əslində, çoxu ruhi problemləri olan, böyük sarsıntı yaşayan, mədəni səviyyəsi olduqca aşağı olan, qavrama anlayışı zəif olan bəzi insanlar dünya mediasında, əxlaqsızlıqları nümunə verilərək, sözdə “modern, müasir, cəsur” insanlarmış kimi təqdim edilməkdə və xalqa bir mənada “siz də müasirləşmək istəyirsəniz eynisini edin” təlqini edilməktədir. Xarici musiqi kanallarında qorxulu geyimlər geyən, makyajlar edən radikal musiqi qruplarının daima gündəmdə olmasının, satanizm kimi azğın inanclara sahib kişilərin tez-tez söhbət proqramlarına çıxarılmasının, bu “ORİJİNAL” olaraq təyin etdikləri azğın düşüncəli insanların ciddi bir qınanma və ya tənqid ilə qarşılaşmayıb daima “simpatik” kimi göstərilmələrinin təməlində də eyni hədəf vardır. Bəzən həddini aşan insanlar qınanırmış kimi görünsə də, əslində xalqa verilən şüuraltı təlqinlərin tam əksi istiqamətindədir.

Dəccal dinsizlik nəzəriyyəçiləri ilə əməkdaşlıq edir!

Axır zamana aid hədislərdə yerüzündə pis əməlləri təşkil edəcək insan kimi bəhs edilən Dəccalın zühurunun hal-hazırda yaşanan hadisələr əsasında reallaşmış olduğunu deyə bilərik. (Ən doğrusunu Allah bilir). Axır zamanın ən böyük fitnəçisi Dəccal, ateist nəzəiyyəçiləri ilə əməkdaşlıq etməsiylə bərabər, özü bu qrupun başına keçmişdir və bütün fəaliyyətləri şəxsən idarə edir. Bunlar, “dünya höküməti” adlandırılan bir quruluş içindədirlər. Bu qaranlıq şəbəkə, hal-hazırkı dünyada hər cürə irəliləyişi yaxından izləməktə, ümumiyyətlə dünyada cürbəcür azğınlıqların, əxlaqsızlıqların yayılması üçün sıx bir təlqin və təbliğ işləri görməktədirlər.  Texnologiyanın sürətlə inkişaf etdiyi, əlaqə vasitələri növlərinin artdığı bir mühitdə görülən bu təlqinlər hər ölkəyə, hər evə və hər insana rahatlıqla çata bilməktə və təlqinlərin  şiddəti gün keçdikcə artırılmaqdadır.

BATİL DİNLƏR

Buddizm, Hinduizm, Karma fəlsəfəsi... dinsizliyi təşkilata çevirənlər, bunun kimi saxta və aldadıcı inancların (daha doğrusu insan yapımı felsefeler) batil təlimlərinin yayılmasını dəstəkləyirlər. Din əxlaqının cəmiyyət üstündəki əsaslı təsirini ortadan qaldırmaq, materialist dünya görüşünün mənimsənməsini asanlaşdırmaq və mənəvi axtarış içində olan insanları “Allah inancına qarşı çıxan saxta inanc” ilə aldatmaq üçün bu batil dinlər əhəmiyyətli rol oynayır. Heç şübhəsiz, insanları Allah inancından uzaqlaşdıran, ilahi dinlərin insanlara məsləhət gördüyü gözəl əxlaq anlayışını ortadan qaldırıb yerinə materialist və batil inancları yerləşdirməyə çalışan bu kimi sistemlərə qarşı, Allaha səmimiyyətlə iman edən bütün insanların birlik olaraq çoxşaxəli fikri mübarizə aparmaları lazımdır. Bunun üçün ediləcəklərdən biri ilahi dinlərin dəvət etdiyi sülh, hüzur, güvən, ədalət, bərabərlik, köməkləşmə, mərhəmət, şəfqət və sevgi dolu dünya ilə batil dinlərindəki həyat formasının əsas sahəsi olan maddi və mənəvi azğınlıq arasındakı uçurumu insanlara çatdırmaqdır. Unutmamaq lazımdır ki, bu səhv fəlsəfələrə inanan insanların çox böyük hissəsinin məqsədləri ilk olaraq, ümumiyyətlə, diqqət cəlb etmək, fərqli və orijinal rəftarlarıyla diqqətləri üzərində cəmləməkdir. Bir tərəfdən də, xoşbəxtliyi bu azğın inanclarda tapacaqlarına inandırmaqdır. Allahın elçiləri vasitəsiylə göndərdiyi din əxlaqından və onun düzgün yollarından uzaqlaşaraq özlərini qaranlıq, zülmətli, qorxu və sıxıntılı bir dünyaya, çox böyük bir uçuruma sürükləyirlər.

Müsəlmanlar Quran əxlaqının yayılması üçün birlik olub daha sıx bir iş rejminə keçməlidirlər. Çünki, belə bir vacib mövzuda zəiflik göstərmək meydanı bir qrup azğın fikir sisteminə vermək mənasına gəlir.

Bunun üçün edilməsi lazım olan isə elmi, texnologiyanı ən yaxşı şəkildə dəyərləndirərək milli və mənəvi dəyərlərimizi yeni nəsillərə ən gözəl şəkildə çatdırmaqdır.

Bilinməlidir ki, dünya və axirət həyatında gerçək xoşbəxtlik ancaq Allaha ürəkdən iman etmək və Allahın ayələrinə riayət etməklə mümkündür. Çünki “…Allah Haqdır. (Kafirlərin) Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür.” (Həcc surəsi, 62)

DİNSİZLİYİN TƏLQİNİNDƏ VERİLƏN MESAJLAR

Son illərdə insanların əksəriyyətinin heç bir şey düşünmədən həyat yaşadıqları görülür.  Xüsusilə də, gənclər arasında sadəcə çoxlu pul qazanıb tamamilə əyləncəyə əsaslanan boş bir həyat yaşamaq kimi səthi bir mədəniyyət yaranmıştır. Bu səthi mədəniyyət içində çox zaman “ mən necə var oldum, yaradılış məqsədim nədir?” kimi suallar düşünülməz. Bu insanlar nə özlərini Allahın yaratmış olduğunu düşünürlər, nə də azğın  ideologiyalarının özlərində yaratdığı uçurumun fərqindədirlər. Beyinlərini dolduran düşüncələr film ulduzlarının həyatları, pop musiqiçilərinin qalmaqalları və insana axirətdə heç bir fayda gətirməyəcək buna bənzər boş mövzular. Insanların böyük bir qismi də “yaşam dərdi” ya da oxşar dünyəvi mövzular və aktual məsələlər üzərində daha çox dayanırlar.

Bu vəziyyətin səbəbi əsil yurdumuz olan axirət yerinə, keçici bir məkan olan dünya həyatına bağlanmış olmaqdan irəli gəlir. Insanların böyük bir qisminin ölüm və axirətdən qafil olduqlarını bilən dinsizlik nəzəriyyəçiləri bu istiqamətdə fəaliyyət göstərirlər. Insanların daima məşğul olacaqları boş mövzular, keçici əyləncələr, xəbərlər, sensasiyalar və müxtəlif məşğuliyyətlət təqdim edərək onları daim məşğul edəcək bir şeylər tapırlar və idarə etməyə çalışırlar.

Başda da qeyd etdiyimiz kimi, dinsizlik təşkilatının ilk hədəfi insanlara Allahı, ölümü və axirəti unutdurmaqdır. Bunu edərkən işlədilən ən əsas mesaj isə dünya həyatının heç bitməyəcək zövqlərlə dolu bir yer olmasl mesajıdır. Insanların bu dünyaya bir dəfə gələcəklər, halal-haram ayırd etmədən əldə edəbiləcəkləri hər zövqə çatma cəhdləri, hər keçən günün ləzzətini almağa çalışmaqları kimi cahilcə bir düşüncə gizlicə təlqin edilir. Halbuki, bu böyük bir aldatmacadır. Dünya həyatı keçicidir, istisnasız hər insan üçün bir gün mütləq sona çatacaqdır. Insanlar bu dünyadakı əməllərinə görə sorğu-sual olunacaq və sonsuza qədər yaşayacaqları əsil həyatları başlayacaqdır. Bu sonsuz həyatda ya həqiqətən heç vaxt bitməyəcək olan zövqlərin olduğu cənnətdə, ya da heç bir zaman bitməyəcək əzabların olduğu cəhənnəmdə olacaqlardır.

Dinsizlik nəzəriyyəçilərinin ilkin məqsədi insanlara yaradıcımız olan Uca Allahı və axirəti unutdurmağa çalışmaqdır. Heç bir elmi əsası olmadığı halda təkamül nəzəriyyəsinin dünyada daima təbliq edilməsi, təhsil müəsisələrində Darvinist təlimlərin israrla oxudulmağa çalışmaqlarının səbəbi də əslində bu məqsədlədir. Təkamül nəzəriyyəsi bəhs edilən təlqin vastələri içində dinsizliyi yaymaq üçün işlədilən ən əhəmiyyətli vasitələrdən biridir. Ancaq dinsizlik təlqinləri yalnızca təkamül təbliğindən ibarət deyil. Daha sonrakı bölmədə yerüzündə dinsizliyin, əxlaqsızlığın yayılmasını istəyənlərin təkamül təbliği ilə yanaşı istifadə etdikləri digər bütün gizli təlqinləri, bilavasitə mesajları və hiyləgərcəsinə olan metodları aşkar etməyə çalışacağıq.

DƏCCALİYYƏTİN DİNİ DARVİNİZM

Dəccaldan bəhs edən bir çox hədislərdə müxtəlif bənzətmələrlə təsvir edilən xüsusiyyətlər bir ideologiyanın xüsusiyyətləri olaraq qiymətləndirilir. Belə ki, insanları inkara aparan, din əxlaqından uzaqlaşdıran, fitnə və qarşıdurma çıxaran hər cür ideologiya və düşüncə sistemi Dəccalı təmsil edir. Bu gün yer üzündə dinə qarşı olan ən böyük fitnələrdən biri; materializm və materializmdən qaynaqlanan müxtəlif ideologiya və sistemlərdir. Bütün bu sistemləri əhatə edən, hamısının sözdə elmi çıxış və dayaq nöqtəsi olan düşüncə isə Darvinizmdir. Darvinizm, ortaya atıldığı tarixdən etibarən materialist və dinə qarşı olan ideologiya və sistemlərin təməl dayaq nöqtəsinə çevrilmiş, bu ideologiyanı müdafiə edənlər tərəfindən sanki bir din halına gətirilmişdir. Böyük İslam alimi Bədiüzzaman Səid Nursi də Darvinizmin axır zamanda Dəccalın dini halına gətiriləcəyinə aşağıdakı açıqlaması ilə diqqət çəkmişdir:

Təbiətçilik və materializm fəlsəfəsindən qaynaqlanan nəmrudanə bir cərəyan axır zamanda fəlsəfə vasitəsiylə getdikcə yayılar və allahlıq iddia edəcək bir dərəcəyə qalxar.

Bədiüzzamanın “Təbiətçilik və materializm fəlsəfəsindən qaynaqlanan nəmrudanə bir cərəyan, ” şəklində bildirdiyi kimi də Darvinizm təbiətə müstəqil bir güc verən, bütün canlıların kor təsadüflərin əsəri olduğunu, yaradılmadığını iddia edən, insanları Allahdan uzaqlaşdırmağa çalışan bir təlimdir. Peyğəmbərimizin hədislərinin bir yerə gətirildiyi və hədislərin açıqlamalarının qeyd edildiyi “Kütüb-i Sittə Müxtəsari Tərcümə və Şərhi” adlı kitabda isə bu mövzu belə şərh edilmişdir:

Dəccalın səbəb olduğu axır zaman fitnəsinin ən aşkar və ən mühüm xüsusiyyəti dinə qarşı olmasıdır. Axır zamanda yaranan bir qisim humanist görüşlər və dəyərlər dinin yerini almağa çalışacaq. Bu yeni din, insanlar üzərində mövcud olan hər növ ilahi hakimiyyəti aradan qaldırmaq üçün inkarı özünə təməl edir. Hansı ki bu,   ilahı maddə və insan olan dindənkənar bir ideologiyadır.

Məqalədə qeyd edilən “humanist görüşlər” bugün həqiqətən də bir din formasına bürünmüş vəziyyətdədir. Dövrümüzdə humanizm. Allahı inkar edən və insanı  ibadət ediləcək müqəddəs bir varlıq olaraq göstərən ateist bir din halına gəlmişdir. Humanist təşkilat və dərnəklərin nəşrlərinə baxıldığında isə, bütün dünya görüşlərini təkamül nəzəriyyəsinə əsaslandırdıqları görünür. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, Qlobal masonluq, İstanbul 2002)

Canlıların cansız maddədən yarandığı və təkamül keçirərək inkişaf etdiyi fikrini müdafiə edən darvinizmin ən vacib mexanizmi isə “təsadüf”dür. Bu aldadıcı təlimə görə bütün canlı növləri təsadüfən ortaya çıxan bir hüceyrədən, yəni ortaq bir atadan yaranmış və zaman ərzində yenə təsadüflərin təsiriylə yaranan dəyişikliklərlə bir-birindən fərqlənmişdirlər. Heç bir məntiqi və elmi dayağı olmayan bir xəyal məhsulundan ibarət bir nəzəriyyə Darvin dövrünün primitiv elm səviyyəsi və sosioloji şərtləri içində bir çox adam tərəfindən qəbul edilmişdir. Ancaq elmin və texnologiyanın inkişafı ilə birlikdə nəzəriyyənin də böyük bir uydurmadan ibarət olduğu aydın olmuşdur. Buna baxmayaraq bu gün hələ də bu nəzəriyyəyə bağlı bir şəkildə müqavimət göstərərək  öz ideoloji həqiqətləriylə bu ağlabatmaz nəzəriyyədən imtina etməyən qruplar mövcuddur. 

Darvinizm yarandığı tarixdən etibarən materialist və dinə qarşı ideologiya və cərəyanların əsas dayaq nöqtəsi halına gəlmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən sanki bir din halına çevrilmişdir. 


Təkamül nəzəriyyəsi canlıların təsadüflərin nəticəsi olaraq cansız maddələrdən meydana gəldiyini iddia edir. Bu iddiaya görə, dünyanın ilk zamanlarında təbiət hadisələrinin təsiri ilə cansız maddə canlanmış və yenə təsadüflərlə bir müddət sonra bugünkü qüsursuz canlıları meydana gətirmişdir. Şübhəsiz bu iddia, ağıl sahibi bir insanın əsla qəbul etməyəcəyi qədər məntiqsizdir. 

Bu batil dinə görə yer üzündə canlılıq yaradılmamışdır, öz-özünə var olmuşdur. Bu yanlış anlayışı mənimsəyənlərdən " bəs canlılıq ilk olaraq necə var oldu?" deyə soruşulduğunda, bu suala verəcəkləri cavab " canlıları kor təsadüflər var etmişdir" olacaqdır. Halbuki təsadüf tamamilə məntiqsiz,   ağılsız və məqsədsiz bir gücdür. Allah isə hər şeyi bir nizam, intizam, plan, ağıl və hikmət  ilə yaradır. İnsan bir əşya ilə qarşılaşdığında bunun mütləq bir kimsənin yaratdığını bilir, gördüyü şeyin özünün görmədiyi bir vaxt ağıl və şüur sahibi bir varlıq tərəfindən hazırlanıb meydana gətirildiyini anlayır. Üstəlik bunu başa düşməsi üçün çox düşünməsinə, axtarmasına da ehtiyac yoxdur. Bu baxan kimi məlum olacaq bir şeydir. Məsələn insan bir otağa girəndə gördüyü kreslonu, stolu, saatı, televizoru düzəldən bəzi insanlar olduğunu, bəzilərinin bu əşyaları ora daşıdığını, yenə bəzi kimsələrin bu əşyaları otağa ən uyğun formada yerləşdirib dizayn etdiyini bilir. Heç kim stolun, kreslonun, saatın, televizorun öz-özünə yarandığını və ya öz-özünə o otağa gəldiyini, özlərinə uyğun yer tapdıqlarını düşünməz. Bunu düşünən biri olarsa da, təbii olaraq bu kişinin ağlından şübhə edilər. 

Darvinizm kimi yanlış bir nəzəriyyəyə inanan insan isə almanın, portağalın, çiyələyin, üzümün, yemişin, qarpızın, gilasın, əriyin, alçanın, şaftalının, qızılgülün, yasəmənin, sünbülün, bənövşənin, maqnolyanın, qərənfilin, pişiyin, ceyranın, pələngin, dovşanın, dələnin, zebranın, zürafənin və daha burada saymadığımız minlərlə növün və hətta mühəndislərin, həkimlərin, professorların, akademiklərin, sənətçilərin, dövlət adamlarının, yəni bütün insanların kor təsadüflər nəticəsində öz-özünə yarandığı iddiasındadır .  Başqa sözlə bu insana görə gördüyü hər varlıq təsadüflərin əsəridir.  Belə ki,   "təsadüf" bu insanın bir növ ilahi varlığıdır . Lakin aydındır ki, onların ilah etdiyi əslində düşünmək qabiliyyəti olmayan dünyanın ən ağılsız varlığıdır, çünki o  özünün nə olduğunu, nə yaratdığını və nə etdiyini bilmir. 

Peyğəmbərimiz (s.ə.s) Dəccal ilə bağlı bir hədisində " Xəbəriniz olsun ki, o kordur" sözü ilə Dəccalın gözünün kor olduğunu bildirmişdir. Bəzi İslam alimləri tərəfindən bu hədis, "Dəccalın könül gözü kordur" şəklində açıqlanmışdır. 5 Bu açıqlama yuxarıdakı məlumatlar əsasında daha aydın anlaşılır. Kor təsadüfü ilahlaşdıran bir dinə inanan insanların könül gözü də, ağıl gözü də kordur. Bu insanlara, "Allah bütün kainatı üstün bir ağıl, nizam və intizam ilə yaratdı" dedikdə dərhal etiraz edirlər. Amma " hər şey kor təsadüflərin əsəridir" dedikdə bunun çox məntiqli olduğuna inanırlar. Ağıllı və şüurlu bir yaradıcının yerinə, qarışıqlıq və xaos içində ağlı və şüuru olmayan təsadüflərin hər şeyi yaratdığı kimi məntiqsiz bir iddianı qəbul edirlər. Bu istiqamətdə düşünüldüyündə Darvinizm, dünya tarixinin ən heyrətləndirici, ən ağlasığmaz batil dinidir. Təəccübləndirən bir başqa məsələ də, yanlış olan bu dinin hətta təhsilli adamlar tərəfindən  də mənimsənilmiş olmasıdır. Bəzi professorlar, dövlət adamları, siyasətçilər, müəllimlər, vəkillər, həkimlər belə bu cəfəngiyyata inana bilirlər. Bu da dəccalın fikri sisteminin sanki bir cadu kimi insanları təsiri altına aldığını göstərir. 

Bəs bəzi insanların belə ağılsız və məntiqsiz bir iddianı mənimsəməsinə və hətta müdafiə etməsinə səbəb olan amil nədir?

Burada qarşımıza çıxan axır zamanda Dəccalın fikri sisteminin yayılması üçün aparılan sıx təbliğatdır. Bunun üçün insanlara şüurlarının açılmağa başladığı ilk andan etibarən sıx təlqin edilir və insanlar mərhələ-mərhələ bu batil dinə daxil edilirlər. İnsanın hələ uşaqlıq dövründən almağa başladığı bu təlqin bir neçə mərhələlidir və hər bir mərhələdə insan, Dəccalın qaranlıq dünyasına bir addım da yaxınlaşmış olur. Bu sıx təlqindən qoruna bilməyin ən vacib yolu isə insanın sadəcə vicdanının səsini dinləməsidir. Çünki vicdan, insanı Allahın izni ilə hər zaman ən doğru yola çatdıran bir rəhbərdir. Elmi olaraq tamamilə çökən Darvinizm isə, günümüzdə yalnız ideoloji bir görüş olaraq müdafiə edilir. Darvinizm həm elmi dəlillərlə sübut olunduğu, həm də insanın vicdanına sığınaraq da yanlışları asanca görə bildiyi kimi sadəcə boş cəfəngiyyatdır. 

Bu təhlükəyə qarşı təmkinli olmaq və bu təlqin mexanizminin nə formada işlədiyini anlamaq üçün uşaqlıq dövründən etibarən keçilən mərhələlərdə..........

1. Mərhələ

"Həyatın təsadüflərin əsəri olduğu" yalanı danışılır.

Bir uşağın ətrafındakı hadisələri, həyatı dərk etməsi və dəyərləndirməsi bir yetkindən çox daha fərqlidir. Uşaq daima suallar verir, ətrafında baş verən hadisələrin səbəbini soruşur. Necə var olduğunu, necə danışdığını, təbiətdəki digər canlıların necə meydana gəldiyini, bitkiləri kimin var etdiyini, günəşin necə çıxıb batdığını, ayın necə havada dayandığını və daha bir çox sualın cavabını axtarır. Əslində bu suallar qarşısında bir uşağa veriləcək yalnız bir düzgün cavab vardır. Lakin insanlar bu suallara iki cür cavab verirlər. Bunlardan birincisi və düzgün olanı, özü də daxil olmaq üzrə ətrafında gördüyü hər şeyi Allahın yaratdığı və bütün insanları yoxdan var edən, böyüdən, yedirdən, içirdən, nəfəs aldıran, qoruyan, əsirgəyən Allaha qarşı məsuliyyətli olduqları cavabıdır. Allahın bütün kainatı əhatə etdiyi, hər an hər yerdə olduğu, insanları hər an gördüyü, bildiyi və eşitdiyidir. 

Ancaq insanların bir qismi uşaqlarının soruşduqları suallara bu düzgün cavabı verməzlər. Bir qisim uşaqlarına hər şeyi yaradanın Allah olduğunu deyir, ancaq Allahın hər şeyin tək hökmdarı və sahibi olduğunu, hər şeyin Onun istəməsi ilə baş verdiyini demir. Bəziləri isə uşaqlarını çox böyük bir yanlış yola istiqamətləndirir, bütün kainatın ağılsız və şüursuz təsadüflərin əsəri olduğu fikrini müdafiə edirlər. Çünki onlar da böyüklərindən və ya ətraflarından eyni cavabları eşidərək böyümüş və illər boyu bu istiqamətdə təhsil almışdırlar. Məktəblərdə, qəzetlərdə, televizorlarda həmişə Allahın varlığını inkar edən bir təlqinlə qarşılaşmış, bu cəfəngiyyat sanki beyinlərinə yerimişdir. Bu təlqin insanlarda elə bir təsir yaratmışdır ki, gördükləri hər cür yaradılış möcüzələrinə baxmayaraq düşünməməyə, vicdanları ilə gördükləri həqiqətlərə əhəmiyyət verməməyə öyrəşmişdirlər. Əslində bu  halın özü də  bir yaradılış möcüzəsidir. İnsanların gördükləri bütün dəlillərə, şahid olduqları bir çox möcüzəyə baxmayaraq inkara davam etmələri Quranda bizə bildirilən  möcüzəvi haldır.

Allah bəzi insanların gördükləri hər cür möcüzəyə baxmayaraq iman etməyəcəklərini bir ayədə belə  bildirmişdir: 

Əgər Biz onlara mələkləri göndərsəydik, ölülər də onlarla danışsaydı və hər şeyi onların qarşısına toplasaydıq, Allah istəməyincə, onlar iman gətirməzdilər. Lakin onların çoxu (bunu) bilmir. ( Ənam surəsi, 111)

Belə insanların övladlarına verdikləri təlim də öz inandıqları Dəccal dini istiqamətindədir. Onların böyük əksəriyyəti hələ uşaq yaşlarından başlayaraq Allahın varlığını və yaratma sənədini heç düşünmədən, hər şeyin bir təsadüfdən ibarət olduğuna inanaraq böyüyür. Bəzi ailələr isə övladlarına bu mövzuda ümumiyyətlə heç bir məlumat vermir və onları bir az da böyüdüklərində bəzi televizorlarda, filmlərdə, qəzetlərdə və ya kitablarda qarşılaşdıqları ateist təlqinlərə qarşı sərbəst buraxırlar. Bu da  çox vaxt uşağın bu təlqinlərə bağlanması ilə nəticələnir. 

2. mərhələ

Həyatın şiddətə əsaslanan mübarizə meydanı olduğu yalanı öyrədilir.

Həyatın təsadüflərin əsəri olduğunu düşünən bir insan üçün əvvəllər  şüurunda olmasa belə, maddə tək mütləq dəyər halına gəlir və beləliklə ilk mərhələ keçilmiş olur. Uşağın beyninə yeridilən əsas  təlqinlərdən biri isə "güclü və eqoist olduğu müddətdə həyatda özünə yer tapa biləcəyidir ". İlk olaraq ailə içərisində işlənən bu təlqin uşağın məktəb həyatına başlamasıyla daha güclü və əhatəli bir hala gəlir. Uşağın ailəsindən və ətrafından aldığı təlqinlər, məktəbdə elmi olaraq öyrədilən "insanın əcdadı heyvandır, buna görə də heyvanlar arasındakı münasibətlərlə insanlar arasındakı münasibətlər  bir-birinə bənzəyir." şəklindəki tamamiylə elmə mənsub olmayan nəzəriyyələr dəstəklənir. Beləliklə uşaq fərdlər və cəmiyyətlər arasında daima bir mübarizə olduğunu, zəif olanların yox ediləcəklərini yalanını öyrənməyə başlayır. Bu təlimə görə bir uşağın həyatda ən çox ehtiyacı olan və əsla unutmaması vacib olan dərs bu mübarizə mühiti içərisində lazım olarsa güc, şiddət və hiylə  işlədərək  həyatda qalmağı, yaşamağı bacara bilməsidir. 

Bu təlqin məktəblə də məhdudlaşmır. Uşaq, dinlədiyi mahnı sözlərində, baxdığı filmlərdə, reklamlarda, kliplərdə, hətta oynadığı komputer oyunlarında, qısası həyatının hər anında güclü bir Sosial Darvinizm təlqini almağa davam edir. Bəhs edilən güclü təlqin nəticəsində insanlarla olan bütün münasibətlərini maddəci bir anlayış üzərində qurur. Bu, insan həyatının hər anına mərhəmətsizliyin, eqoizmin, mənfəətçiliyin, vəfasızlığın hakim olması deməkdir. Bu anlayışın təbii bir nəticəsi olaraq uşaq, əxlaqi dəyərlərdən uzaq, qaranlıq bir dünyanın içinə atılır. 

Halbuki Quran əxlaqı insanlara bunun tam əksi olan bir həyatı təqdim edir. Quranda insanlar sülhə və hüzura dəvət edilir. Quran əxlaqının yaşandığı cəmiyyətlərdə sevgi, mərhəmət, dözümlülük, dinclik, doğruluq, fədakarlıq və insaniyyət kimi dəyərlər əsas götürülür. Allahın insanlara əmr etdiyi gözəl əxlaq Quranda belə bildirilmişdir: 

Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər. (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!” Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər (İnsan surəsi, 8-11)

3.mərhələ

Heç kimə qarşı məsuliyyətli olmadığı öyrədilir. 

Soruşduğu hər suala materialist və darvinist düşüncə çərçivəsində cavablar alan uşağın qarşısında, təbii olaraq eyni düşüncələrə sahib olmaqdan başqa bir yol qalmamışdır. Artıq o da, bunu aşkar bir şəkildə ifadə edə bilməsə də, özünü və qarşısındakı insanı təkamül keçirmiş bir növ heyvan olaraq görməyə başlayacaqdır. 

Ancaq təhsilin vacib bir mərhələsi də var. O da uşağın özündən başqa heç kimə qarşı məsuliyyətli olmadığı yanlışının öyrədilməsidir. Ona təlqin edilən bu batil inanca görə, əgər başlanğıcdan bəri sadəcə maddə varsa və maddə həmişə var olacaqsa, həyat bütünlüklə təsadüflərin  əsəridirsə və ölüm tamamiylə yox olmaqdırsa, onda insan üçün əhəmiyyətli olan yalnız maddi mənfəətlərdir. Maddələrdən yaranan bu dünyada mənəvi dəyərlərin heç bir bir mənası yoxdur. Belə olan halda isə insanın düşünəcəyi tək şey, öz istək və arzularını nə yolla olursa olsun təmin etməsidir. Quranda bildirilən "Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?” (Muminun surəsi, 115.) ayəsi bu cahil insanların əsassız dünyagörüşünü bizlərə göstərir.

Həqiqətdə isə boş bir həyat yaşayacağını və ölümlə birlikdə yox olacağını düşünən insanlar, çox böyük bir yanılma içindədirlər. İnsan, hər şeyi yoxdan var edən Rəbbimizə qarşı məsuliyyət daşıyır. İnsanı bəlli bir qədər üzərində yaradan, keçmişini, indiki anını və gələcəyini bilən, öldükdən sonra onu sorğulayaraq etdiyi hər şeyin əvəzini verən Allahdır. Allah onu heyvanlardan fərqli olaraq bir ruh, ağıl, iradə və təfəkkür bacarığı ilə yaratmışdır. Yəni bir insan, daxilində fərqli fəaliyyətlərə qarşı bir istək və ya vəsvəsə duysa belə, bu xüsusiyyətləri ilə pis əməllərə mane olmaq gücünə sahib olaraq yaradılmışdır. 

Bunun şüurunda olmayan və ya bu həqiqətə əhəmiyyət verməyən bir şəxsin cəmiyyət üçün təhlükə yaradacağı isə aşkardır. Məsələn bir hadisə qarşısında qəzəblənən kimsə, qarşısındakı şəxsə heç düşünmədən zərər verə bilər, amansızca davrana bilər. Qarşısındakının müdafiəsiz biri olması onun üçün bir məna daşımaz. Əhəmiyyətli olan qəzəbinin bir şəkildə aradan qaldırılmasıdır. Ancaq Allahın ona verdiyi ruhu daşıdığını bilən, ağıl və vicdan sahibi insan hər cür vəziyyətdə hisslərinə hakim olur. Mühakiməsi və vicdanı hər an açıqdır. Allaha hesab verəcəyini düşünərək hərəkət edər. Günah işlədiyində isə bundan tövbə edər və səhvini düzəldər. 

Allah insanlara yaradılışlarını və ölümdən sonra təkrar diriləcəklərini Quranda belə xatırladır:

Bəlkə insan özbaşına qoyulacağını güman edir?
Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi?
Sonra laxtalanmış qan oldu. Allah (onu) yaradıb kamil bir görkəmə saldı.
Ondan da bir cüt kişi və qadın yaratdı.
Məgər O, ölüləri diriltməyə qadir deyil? (Qiyamə surəsi, 36-40).


Bir başqa ayədə isə insanlara həm pis əməlin, həm də günahlardan çəkinmənin ilham edildiyi bildirilmişdir.  “And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və (Allahdan) qorxmağı təlqin edənə! Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır.” (Şəms surəsi, 7-10). Buna əsasən də insanların əxlaqlarındakı pozuqluqların və cinayətlərin arxasında duran təməl səbəb Allaha iman etməmələri, etdiklərinə görə Allaha hesab verməyəcəklərini zənn etmələri və bu səbəbdən Allahdan çəkinməmələridir.. Halbuki insanın yaradılış məqsədi vardır "...insanları ancaq Mənə ibadət etmək üçün yaratdım." (Zariyat surəsi, 56) ayəsi ilə də bu məsuliyyətin "Allaha ibadət etmək" olduğu bildirilmişdir. İnsan dünya həyatında imtahandan keçirilir və məsuliyyətlərini yerinə yetirmədiyi halda bununla sorğuya çəkiləcək. Bu məsuliyyətlərdən bəziləri Beyyinə surəsində bu şəkildə bildirilir: 

Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur! (Beyyinə surəsi, 5).

Doğru din Allahın dinidir, amma bir çox insan saytın əvvəlindən bəri bəhs etdiyimiz təlqinlər nəticəsində bundan uzaqlaşır. Yuxarıda mərhələlərini göstərdiyimiz  Sosial Darvinist təlimindən keçən bir insanın qarşısında elə çox seçmək imkanı olmur. Həyata və insanlığa baxış tərzi tamamilə materialist-darvinist düşüncə əsasında formalaşır. Artıq o da sadəcə özünü və mənfəətini qorumaq üçün mübarizə edəcək, bir çox vaxt şiddət, zülm və hiyləgərliyi tək yol olaraq görəcək, dinsizliyin gətirdiyi qorxu içərisində bir günahdan  başqa günaha qaçacaq. Bu vəziyyətdə onu dayandıran və ya mane olan bir səbəb olmayacaq. Daima "bəla axtaran", müdafiəsiz insanlara hücum edən, məzlumları əzən və haqlarını yeyən, şiddətdən zövq alan, qanı və gözyaşını əyləncə mövzusu edən, qısası bütün insani xüsusiyyətlərdən uzaqlaşan insanlara həyatın imtina edilməz bir reallığı imiş kimi təsir bağışlayacaq.

1-P.M. Wise, M.J. Olsson, W.S. Cain, "Quantification of Odor Quality", Chemical Senses 25, Oxford University Press, 2000, s. 429-443. 
2- M. Chastrette, "Trends in structure-odor relationships", SAR QSAR Environ. Res. 6, 1997, s. 215-254.
3- P. Whitfield, D.M. Stoddard, "Hearing, Taste, and Smell; Pathways of Perception", Torstar Books, Inc., New York, 1984.
4- Maya Pines, "Finding the Odorant Receptors", Howard Hughes Medical Institute, 2001,  
5- Diane Ackerman, A Natural History of the Senses, Vintage Books Edition, 1995, s. 6.

 


© 2012 Bu sayt Harun Yəhya əsərləri əsasında hazırlanıb