MƏSİH DƏCCAL HARDADIR?
Axır zamanın bəhs edildiyi hədislərdə, yer üzünde pisliyi yaradacaq, insanları din əxlaqından uzaqlaşdıracaq, qarışıqlıq və çaxnaşma səbəb olan Dəccalın peyda olması, qiyamətin böyük əlamətlərindən biri olaraq xəbər verilir. Son zamanlarda yer üzündə artan şiddət, işgəncə, anarxiya, qarışıqlıq, qətliam, müharibə, qarşıdurma, zülm, dövlət
ve təşkilat terrorları Dəccalın peyda olduğunu ve bunları istiqamətləndirdiyini göstərir.( Ən Doğrusunu Allah Bilər)
Peyğəmbərimizin(səv) hədislərində Dəccalın qayalıq bir yerdə gizlənəcəyi bildirilir. Necə ki Qüdsdəki Hərəm-i Şərifbölgəsinin altı qayalıqformasındadır. Peyğəmbərimizin(səv) üstündən keçərək meracayüksəldiyi, sonradan üzərinə Qübbət-üsSəhranın inşa edildiyi müqəddəs qaya Həcər-i Müəlləqdə buradadır. Hədisdə bildirilən qayalıq bölgənin, Qübbət-üsSəhra vəMəscid-i Əksanın mövcud olduğu Hərəm-i Şərifolması və Dəccalınburada gizlənməsi gözlənilir. |
Hədislərdə bildirilən məlumatlara görə, hz. İsanın yenidən yer üzünə gəlməsi, hz. Mehdinin zühuru, Dəccalın peyda olması eyni dövr içində olacaq. Hz. İsa ilə Hz. Mehdinin bərabər namaz qılacaqları Peyğəmbərimiz (sav) tərəfindən xəbər verilmiştir. Bir hədisdə belə buyrulmuştur:
İMAMLARI saleh bir insan olan MEHDİ OLDUĞU halda, BEYTÜL MƏQDİSƏ SIĞINIRLAR. Orada imamları onlara sübh namazını qıldırmaq üçün önəkeçdiyi anda, bir dəgörərlər ki, MƏRYƏM OĞLU İSA SÜBH VAXTIENMİŞDİR. Mehdi, Hz. İsanı önə keçirmək üçün arxayaçəkilir. HZ. İSA ONUN ÇİYİNLƏRİNƏƏLİNİ QOYUR və ona deyir ki, "Keç önə namazı qıldır. Çünkiqamət səninüçün gətirilmişdir... Namazı bitirdikdən sonrahz. İsa, "Məscidin qapısını açın" deyir. Qapı açılarkən, arxasında hamısı taylasanlı yetmiş min insanla birlikdə DƏCCALIN GÖZLƏDİYİ GÖRÜLÜR...1
Dəccal, Yüzilliyin əvvəlindəPeyda olacaq.
Hədislərdə Hz. İsa ve Hz. Mehdinin, Məsih Dəccalın fitnəsinə qarşı birlikdə fikri mübarizə aparacaqları da xəbər verilmişdir. Bu mübarizənin hansı müddətdə gerçəkləşəcəyi ilə bağlı da hədislərdə işarələr var. Peyğəmbərimiz (səv), bir hədis-i şərifində Dəccalın yüz illiyinəvvəlindəpeyda olacağı bildirmişdir:
Dünya yaradıldığından bəri hər yüz ilin əvvəlindəəhəmiyyətli bir hadisə olmuşdur. BİR YÜZ İLİNƏVVƏLİNDƏ DƏDƏCCAL PEYDA OLAR və Məryəm oğlu İsa zühur edərək (yer üzünə enərək) onu yox edər.2
Peyğəmbərimiz (səv) bir başqa hədisində isə belə bildirmişdir:
Bu ümmətin ömrü MİN İLİ KEÇƏCƏK, lakinMİN BEŞ YÜZ İLİ ÖTMƏYƏCƏK...3
Peyğəmbərimiz (səv), ümmətin ömrünün 1500 ili keçməyəcəyini bildirdiyinə görə, bu böyük hadisələrin meydana gəlməsinin 2000-ci illərə işarə etdiyi aydınlaşır.
Böyük İslam alimi Bədiüzzaman Səid Nursi, hicri təqvimi ilə 1327-ci ildə Şamdakı Əməvi məscidinin məşhur xütbəsində, 1371-ci ildən sonrakı İslam aləminin gələcəyi ilə bağlı izahlar edərkən, Hz. Mehdinin böyük fikri mübarizəsinin 2000-ci illərdə gerçəkləşəcəyinə diqqət çəkmişdir:
İndi olmasa da 30-40 İL SONRA fən ve həqiqi mərifət (hüəer, sənət, elm və fənlərlə öyrənilən bilgi) vəmədəniyyətin məhasını (yaxşı və faydalı yönlərini) o üç qüvvəti tam təçhiz edib (o üç qüvvətlətəçhiz edib), cihazatını verib (lazımiehtiyacını ödəyib) o doqquz maneəni məğlub edib (o doqquz əngəli yenib) dağıtmaqüçün təhərri-i həqiqət məyəlanını (həqiqətləri araşdırma meyli) ve insaf ve məhəbbət-i insaniyəni (insan sevgisini) o doqquz düşmən tayfasının (sinfinin) cəbhəsinə göndərmiş, inşaAllah YARIM ƏSİR SONRA onları darmadağın edəcək.4
Səid Nursi, cümləsinin sonunda işlətdiyi "yarım əsir sonra" ifadəsiylə hicri təqvimi ilə 1421 yəni 2001-ci ildə Hz. Mehdinin vəsiləsiylə, materialist, Darvinist ve ateist fəlsəfələrin insanlar üzərindəki təsirinin yox olacağına işarə edilmiştir.
Bədiüzzaman, Hz. Mehdinin zühur edəcəyi tarix haqqında başqa bir izahında isə Hz. Mehdinin özündən sonra gələcəyini bildirmiş və "İstiqbal-i dünyəviyədə (dünyanın gələcəyində) 1400 İL SONRA GƏLƏCƏK bir həqiqəti əsirlərinəyaxın zənnetmişlər." (Sözlər, 318) ifadəsiylə zühur etmə tarixinə bir dəfə də işarə etmiştir. Bədiüzzaman başqa bir izahında isə "əcib şəxs" olaraq xarakterizə etdiyi Hz. Mehdiyə mühit hazırlamaqda olduğunu xəbər vermişdir:
"O irəlidə gələcək ƏCİB ŞƏXSİN (təəccüb və heyrətoyandıran şəxsin) bir xidmətkarı və ona yer hazır edəcək bir dümdarı (əvvəldən gələn təqibçisi) və o böyük komandirin pişdar bir nəfəri (qabaqcıl bir əsgəri) olduğumu zənnedirəm." (Barla Lahiqəsi, 162)
Dəccal bu anda peyda olmuş olabilər mi?
Peyğəmbərimizin (səv) hədislərində Dəccalın çıxış əlamətləri olduğunu bildirdiyi hadisələrin birbirinin ardınca gerçəkləşmiş olması, Məsih Dəccalın peyda olduğunu işarə edən əlamətlər olaraq qəbul edilmişdir. İstər yaxın tarixdə gerçəkləşən əlamətlər, istər yaşadığımız zaman içində dünyada baş verən hadisələr, Peyğəmbərimizin (səv) və İslam alimlərinin, Məsih Dəccalın ortaya çıxacağı tarix və edəcəyi fəaliyyətlər haqqında verdikləri məlumatlarla tam olaraq uyğundur. Böyük İslam alimi Səid Nursi "...Dəccal, böyük bir basqı, böyük bir zülm, böyük bir şiddət və dəhşət ilə layiq olduqlarından böyük bir iqtidar görünür." 6 sözləriylə Dəccalın gücünün və iqtidarının şiddətə və basqıya davamlı olduğunu bildirir. Son zamanlarda yer üzündə artan və indiyə qədər bənzəri olmayan bir ölçüyə çatan şiddət, anarxiya, qarğaşa, qətliamlar və terror hadisələri isə Dəccalın fəaliyyət halında olduğuna və bütün bunları istiqamətləndirdiyinə işarə edir.
Bu gün Orta Şərqdə yaşananlar Dəccalın fitnəsinin bir hissəsidirmi?
Peyğəmbərimizin (səv) hədislərində Dəccalın bütün insan cəmiyyətlərinə fərqli metodlarla yaxınlaşacağı və onları bir-birlərinə qarşı salaraq yer üzündə böyük bir fitnə-fəsad çıxarmağa çalışacağına işarə edilir. Dəccalın bəzi insan cəmiyyətlərinə etdiyi fəndə görə, Axır Zamanda gözlənilən hadisələrin gerçəkləşə bilməsi üçün bundan əvvəl mədəniyyətlərin bir-birinə düşmən olub yer üzündə böyük bir müharibə olması gərəklidir. Bu məqsədlə Dəccal bəzi qrupları Hz. İsanın gəlişinə qədər bir çox ön şərtin yaranması gərəkdiyinə, bunlardan ən önəmlisinin də dünyada müharibə, qarğaşa və anarxiya mühitinin yaşanması olduğuna inandırmağa çalışmaqdadır. Təsiri altına aldığı insanlara, Məsihin gəlişindən əvvəl sülhü vəz etmənin bir dəlalət, müqəddəs kitablara qarşı gəlmək və hətta Dəccallıq olacağına inandırmaqda, bu yolla Orta Şərqdə gərginliyin aradan qaldırılmaması gərəkdiyinə razı etməkdədir.7Bu istiqamətdə müharibə əleyhdarı ölkələri və sülh hərəkatlarını Dəccal hərəkatı olaraq göstərməkdə, Məsih gələnə qədər əsla sülh olmaması üçün bölgədəki müharibə şəraitinin davam etməsini təmin etməyi məqsəd qoyur. Başqa sözlə, Orta Şərq torpaqlarında yaşanan hadisələrdə Dəccalın fitnəsinin önəmli bir rolu olduğunu söyləmək mümkündür. (Ən doğrusunu Allah bilər) Lakin bununla birliktə unudulmamalı bir mövzu isə, bütün bu hadisələrin bir qədər daxilində Allahın izniylə gerçəkləşdiyidir.
Dəccal peyda olan kimi tanınacaqmı?
Bu gün dünyada baş verən hadisələr nə qədər Dəccalın səssiz fəaliyyətlərinə başladığını göstərirsə də, Dəccalın şəxsən özü hələ tanınmır. Bunun səbəbi isə Dəccalın müxtəlif hiylələrlə özünü insanlara fərqli şəkildə tanıtmasıdır. Buna görə də mənfi bir güc olduğu da əvvəl başa düşülməyəcək və tanınmayacaq. Hədislərdə Hz. İsanın Dəccalı axtaracağı xəbər verilir və bu da Dəccalın bir müddət gizlənəcəyinə işarə edir.
Dəccal necə gizlənəcək?
Peyğəmbərimiz (sav), Dəccalın gizli bir şəkildə fəaliyyət göstərəcəyinə belə işarə edir:
"Dəccal yola çıxıb ilk dəfə Dəməşk şəhərinin şərqə baxan qapısının yanına gələcək... AXTARILACAQ, AMMA ƏLƏ KEÇMƏYƏCƏK... Sonra Kisvə çayının sularının yanında onu görəcəklər... AXTARILACAQ, HANSI TƏRƏFƏ GETDİYİ BİLİNMƏYƏCƏK..." 8
Hədis-i şərifdə, "Dəccalın axtarılacağının, lakin tapılmayacağının" bildirilmiş olması, gizli olaraq hərəkət edəcəyini göstərmiş olur. Dəccal, açıq bir şəkildə ortaya çıxacağı müddət gələnə qədər elə çox diqqət çəkmədən, yavaş və dərindən fəaliyyət göstərəcək. Bu müddət ərzində Dəccal və tərəfdarları üçün gizlilik əsas olacaq, bu məqsədlə gizli təşkilatların dəstəyini alacaqlar. Bu gizliliyin bir tələbi olaraq Dəccal, güclü dövlətlər yaradıb onları idarə edəcək, adətən "görünməz bir güc" kimi hərəkət edəcək. Bu sahədə hiyləgərcəsinə pozğunçuluğu təşkil edəcək.
Bu gün Orta Şərq torpaqlarında yaşanan hadisələrdə Dəccalın fitnəsininönəmli bir rolu olduğunu söyləmək mümkündür. |
Dəccal harada peyda olacaq ?
Hədislərdə Hz. İsanın Dəccalı Beytül Məqdis yaxınlarında yox edəcəyi xəbər verilməktədir:
"... Mütəqaibən Hz. İsa DƏCCALI AXTARAR və nəhayət BEYTÜL MƏQDİSƏ (MƏSCİD-İ ƏKSA) YAXIN BİR YER olan Bab-ü Lüdd (Lüdd Qapısı) deyilən mövqedə çataraq, ONU YOX EDƏR."9
"İsa (ə.s) Dəccal ilə Lüdd qapısında (BEYTÜ'L MƏQDİSƏ YAXIN BİR YERDƏ) qarşılaşar ve onu yox edər."10
Bu hədislərə görə, Dəccal Beytü'l Məqdis yaxınlarında tapılacaq. Beytül Məqdis indiki Məscid-i Əksanın da içində olduğu Hərəm-i Şərifin olduğu müqəddəs sahəyə verilən addır. Bu da Dəccalın fəaliyyət mərkəzinin Məscid-i Əksa və onun ətrafında olacağına işarə edir.
Dəccal anarxiya və terrora təşviq edir.
Hədislərdə Dəccalın bütün yer üzünde fitnə və qarışıqlığa səbəb olacağı bildirilmiştir. Son zamanlarda yer üzünde artan şiddət, işkəncə, anarxiya, qarğaşa, qətliam, müharibə, qarşıdurma, zülm, dövlət və təşkilat terrorları Dəccalın peyda olduğunu və bunları istiqamətləndirdiyini göstərir. Bir hədistə bu vəziyyət belə xəbər verilir:
... (O an) FİTNƏLƏR, QARIŞIQLIQLAR, QİYAMLAR çox olar, insanlar BİR-BİRLƏRİNİ ÖLDÜRƏRLƏR. İnsanlar intihar edərlər və yer üzünü bəlasarar. Belə sıxıntılı bir zamanda ... MƏL'UN (lənətlənmiş) DƏCCAL ... peyda olar..5
Quranda da Allah, yer üzünde pozğunçuluq yaradıb nizamı pozan, pisliyi yaradıb istiqamətləndirən, davamlı olaraq müharibə yaratmaq istəyən insanların varlığını bildirmişdir. Bir ayədə belə buyurulur:
... Onlar nə vaxt müharibə məqsədiylə bir atəş alovlandırdılarsa, Allah onu söndürmüştür. Yerüzündəpozğunçuluğa çalışırlar. Allah ise pozğunçuları sevməz. (Maidə Surəsi, 64)
Dəccal, bu əxlaqın öndə gələn təmsilçisidir. Daha çox qan tökmək üçün şiddəti, terroru və anarxiyanı bir zülm silahı olaraq istifadə edir. Digər hədislərdə də, axır zamanda cinayətlərin artacağı, Dəccalın yönləndirməsiylə baş verən müharibə hər yeri təxrib edəcəyi bu şəkildə bildirilmişdir:
"Zaman (qiyamət) yaxınlaşır, əməl əksilir, insanlar aşırı xəsislik və həvəsə yaxalanır, hərc çox olur" buyurdu.
Səhabələr: Hərc nədir? deyə soruşdular.
Rəsulullah: "ÖLDÜRMƏK, ÖLDÜRMƏK!" buyurdu.6
Heç bir beldə yoxdur ki onu DƏCCAL ORDULARI ÇİYNƏMƏSİN .7
Bu gün ölkələr arasında heç bir haqlı səbəb olmadan baş verən müharibələr, bir cəmiyyət içərisində süni səbəblərlə meydana gələn daxili qarşıdurmalar, məsum insanları hədəf alan terrorist hücumlar, Dəccalın səbəb olduğu pozğunçuluğun örnəkləridir.
Dəccalın anarxiya və terroru yaymaq üçün tətbiq etdiyi taktikalar.
Bədiüzzaman Səid Nursi də əsərlərində Dəccalın yer üzündə səbəb olacağı qarğaşa və pozğunçuluğa diqqət çəkmiştir. Ustad, Dəccalın anarxiya ve terroru yaymaq və bu yolla Yəcuc və Məcuca (Yəcuc və Məcuc, axır zamanda ortaya çıxacağı bildirilən qiyamət əlamətlərindəndir.) zəmin hazırlamaq üçün istifadə edəcəyi taktikaları da açıqlamışdır. Bədiüzzamanın mövzuyla bağlı bildirmişdir:
... Böyük Dəccal şeytanın təlqinləri və hökmüylə şəriət-i İsəviyənin əhkamını (İsəviliyin hökmlərini)aradan qaldırıb xristiyanların həyat-i ictimaiyələrini (sosial həyatlarını) idarə edən RABİTƏLƏRİ (birləşdirən ünsürləri) POZARAQ ANARXİSTLİYƏ və YƏCUC MƏCUCA ZƏMİN HAZIR EDƏR... Şəriət-i Məhəmmədiyənin (ə.s.m.) (Peyğəmbərimizin (səv) gətirdiyi Quran əxlaqının vaciblərini) əbədi bir qisim əhkamını (hökmlərini) nəfs və şeytanın hiylələriylə aradan qaldırmağa çalışaraq həyat-i bəşəriyənin (insan yaşamının) maddi və mənəvi rabitələrini (birləşdirən ünsürlər) pozaraq, itaətsiz (inadçı), sərxoş və sərsəm nəfsləri sərbəst buraxaraq hörmət və mərhəmət kimi nurani zəncirləri qırar; həvəsat-i mütəaffinə (nəfsi ehtiras) bataqlığında bir-birinə hücum etmək üçün cəbri (məcburi) bir sərbəstiyət (azadlıq) və əyn-i istibdat (təzyiq) bir hürriyyət vermək ilə DƏHŞƏTLİ BİR ANARXİSTLİYƏ YOL AÇAR...8
Dəccalın bu hədəfinə necə çatacağını isə Bədiüzzaman bu şəkildə izah edir:
1. İnsanların nəfslərinətabe olmalarınıtəmin edərək
.. Şəriət-i Məhəmmədiyyənin (ə.s.m.) (Peyğəmbərimizin (səv) gətirdiyi Quran əxlaqının vaciblərini) əbədi bir qisim əhkamını (hökmlərini) NƏFS VƏ ŞEYTANIN HİYLƏLƏRİYLƏ ARADAN QALDIRMAĞA ÇALIŞARAQ...
Ustadın da işarə etdiyi kimi Dəccal insanları din əxlaqından uzaqlaşdıracaq. İnsanlara vicdanlarına deyil, nəfslərinə uymağı təlqin edəcək.
2. İnsanların arasındakı hörmət və mərhəməti aradan qaldıraraq
... həyat-i bəşəriyənin (insan yaşamının) maddi və mənəvi rabitələrini (birləşdirən ünsürlər) pozaraq, itaətsiz (inadçı), sərxoş və sərsəm nəfsləri sərbəst buraxaraq HÖRMƏT VƏ MƏRHƏMƏT KİMİ NURANİ ZƏNCİRLƏRİ QIRAR...
Allahın insanlara əmr ettiyi əxlaqın tələb etdiyi fədakarlıq, yardımsevərlik, şəfqət, mərhəmət, sevgi, təvazökarlıq; insanları maddi ve mənəvi olaraq gücləndirən, bir yerdə cəmləşdirən, cəmiyyət içində nizam-intizamı təmin edən ünsürlərdir. Dəccal bu ünsürləri aradan qaldıran təlqinlər verərək pozar. Ustad da bu gerçəyə işarə etmiştir.
3. İnsanları təzyiq altında tutaraq
... həvəsat-i mütəaffinə (nəfsi ehtiraslar) bataqlığında bir-birinə hücum etmək üçün cəbri (məcburi) bir sərbəstiyət (azadlıq) və əyn-i istibdat (təzyiq) bir hürryyət vermək ilə DƏHŞƏTLİ BİR ANARXİSTLİYƏ YOL AÇAR...
Ustad bu sözləriylə Dəccalın yaratdığı nəfsani mühitdə insanların özlərini azad hesab etdiklərinə, əslində isə böyük bir təzyiq və nəzarət altında saxlanıldıqlarına diqqət çəkmişdir. Dəccalın təlqin etdiyi sistemdə insanların əksəriyyəti nəfslərinə tabe olaraq müasir və sərbəst bir həyat yaşadıqlarını zənn edirlər. Zövqləri, əyləncələri, söhbətləri, hətta geyimləri və yeməkləri də istiqamətləndirdikləri həyat modelinə uyğun olaraq eyni anlayışı təmsil edir. Dəccalın məqsədi bu yolla kütlələri cahilləşdirmək; düşünməkdən, qavramaqdan, dəyərləndirməkdən məhrum hala gətirməkdir. Çünki cahil kütlələri istiqamətləndirmək son dərəcə asandır. Bununla birliktə, nəfsə söykənən bu sistemdə insanları ağıl və vicdanları deyil, nəfsi istəkləri və ehtirasları yönləndirir, buna görə də böyük bir qarışıqlıq yaranır.
Dəccalın hədəfinə çatmaq üçün istifadə etdiyi başqa metodlar da var. Hədislərdə işarə edildiyi kimi, bunlardan biri də Dəccalın peyğəmbərliyini və allahlığını (Allahı tənzih edirik) elan edərək kütlələri təsir altına almağa çalışmasıdır. |
Dəccal Əvvəl Peyğəmbərliyini, Sonra Allahlığını Elan Edecək
Peyğəmbərimiz Hz. Məhəmməd (səv) bir hədisində belə buyurmuşdur:
(Dəccal) peyda olduğu zaman ... hər kəs ONU ƏSL BİR MÜRŞİD zənn edib ardınca gedəcək, sonra Kufəyə gələndə bu şəkildə də işlərinə davam edəcək VƏ PEYĞƏMBƏRLİK İDDİASINA DÜŞƏCƏK... Bunu görən ağıl sahibi insanlar ondan ayrılacaqlar... Daha sonra ULUHİYYƏT (Allahlıq) İDDİASINDA olacaq... (Allahı tənzih edirik) “Mən Allaham” deyəcək.... (Təbərani bunu Səhabi olan b. Mu’təmərdən belə rəvayət etmiştir.)9
Dəccalın hədislərdə bildirilən xüsusiyyətlərindən biri də özünü bir mürşid kimi, hətta bir peyğəmbər kimi tanıtmasıdır. Bu da Dəccalın pisliyi yaradaraq insanları guya Allah adına, sanki dini bir məqsəd güdürmüş kimi görünərək yönləndirəcəyinə işarə edir. Dəccal ən sonda isə allahlığını elan edecek. (Allahı tənzih edirik.)
Başqa bir hədisdə isə Dəccalın bu azğınlığı belə xəbər verilir:
O (Dəccal) əvvəl: "MƏN PEYĞƏMBƏRƏM", deyəcək. Halbuki məndən sonra heç bir peyğəmbər yoxdur. Sonra ikinci dəfə iddia edərək: "MƏN RƏBBİNİZƏM", deyəcək. Halbuki siz ölənə qədər Rəbbinizi görə bilməzsiniz...10
Hədislərdə verilən məlumatlardan da aydın olduğu kimi Dəccal özünü mərhələ-mərhələ göstərəcək. Əsl düşüncəsi özünün Allah olduğudur. Ancaq bunu ilk planda açıq bir şəkildə ifadə etməsi vəziyyətində planlarının zərər görə biləcəyini düşündüyündən yavaş-yavaş təlqin edir. Buna görə də əvvəl yol göstərici olduğunu iddia edir, sonra peyğəmbər olduğunu, daha sonra isə Allah olduğunu söyləyir.
Dəccal şeytanın təlqinləriylə hərəkət edir. Dəccalın köməkçisi və dostu şeytandır. Peyğəmbərimiz (səv) Dəccalın şeytandan və dostlarından kömək alacağını bildirmişdir. Peyğəmbərimizin (səv) xəbər verdiyi kimi Dəccal şeytanın da köməyi və dəstəyilə özünün Allah olduğu yalanını insanlar arasında yayacaq:
... ŞEYTANLAR ONA: "NƏ İSTƏYİRSƏN DE BİZ EDƏK!" deyəcəklər. O da: “ gedin, insanlara mənim onların Rəbbi olduğumu söyləyin!” deyib hər birini bir tərəfə göndərəcək..11 (Allahı tənzih edirik.)
Quranda isə şeytanın hakimiyyəti altına olan insanların vəziyyəti belə xəbər verilir:
Kim Rəhman olan Allahın zikrindən üz döndərsə, Biz şeytan ona calayarıq və o da ona yoldaş olar. (Zuxruf Surəsi, 36)
Dəccal imansızlığının bir göstəricisi olaraq Allahdan qorxmaq əvəzinə şiddətlə şeytandan qorxaraq onun əmrlərini yerinə yetirir. Və yer üzündə pozğunçuluq çıxarmaq, şiddətə və terrora təşviq etmək, insanların qanını tökmək, insanları pisliyə yönləndirmək üçün ondan əmr alır.
Hədislərdən aydın olduğu kimi Dəccalın gizli fəaliyyət göstərdiyi bu zaman özünün mürşid olduğunu önə sürdüyü bir zamandır. Dəccalın mürşidlik iddiasında olması bəzi imanı və ağlı zəif insanlara təsir edə bilər. Halbuki Dəccal allahlıq iddiasında olduğu üçün Rəbbimizə, peyğəmbərlərə, din əxlaqına düşmən bir insandır. (Allahı tənzih edirik)
Hz. Məhəmmədə (səv), Hz. Musaya, Hz. İsaya, Hz. Davuda, Hz. Süleymana və digər bütün mübarək peyğəmbərlərə qarşıdır. Bədiüzzaman da Dəccalın müqəddəs dəyərlərə olan düşmənçiliyini bir hikmətli sözündə belə bildirmişdir:
Böyük Dəccalın ispirtizma növündən təshir edici (hipnoz edici) xüsusiyyətləri var... Sadəcə dünyəvi məqsəd güdən bu münkir (inkarçı) mütləq inancsızlıqdan yaranan bir cürət və cəsarətlə müqəddəsata (müqəddəs dəyərlərə) hücum edər.12
Dəccalın açıq bir şəkildə allahlığını iddia ettiyi zaman yetişdiyində isə Hz. İsa Allahın izniylə onu və bütün hiylələrini yerlə bir edəcək.
Yalançı Möcüzələriylə Bir Çox İnsanı Aldada bilər
Hədislərdə Dəccalın allahlıq iddia edərkən bəzi aldadıcı üsullardan istifadə edərək şeytanın köməyilə yalançı möcüzələr (istidrac) gerçəkləşdirəcəyi bildirilməkdədir:
Onun fitnələrindən biri də budur: O, bir bədəviyə: "DE ! Əgər MƏN SƏNİN ÜÇÜN ANANI VƏ ATANI DİRİLTSƏM mənim sənin Rəbbin olduğuma şəhadət edərsən?" deyəcək. Bədəvi də: "Bəli, " deyəcək. Bundan sonra İKİ ŞEYTAN ONUN ATASI VƏ ANASI SURƏTLƏRİNDƏ ONA GÖRÜNƏCƏKLƏR...13
Bundan sonra Dəccal, başındakı şəkavət (bədxahlıq) əhlinə:
"İndi mən bu insanı öldürər, sonra dirildərsəm, mənim uluhiyyət (allahlıq) iddiama şübhə edərsinizmi?" deyə soruşur.14
Onun bir fitnəsi də budur: O, tək bir şəxsə toxunaraq ONU ÖLDÜRÜB MİŞARLA KƏSƏCƏK. Hətta o şəsxin cəsədi iki hissəyə bölünmüş olaraq(ayrı-ayrı yerlərə) atılacaq. Sonra Dəccal (orada olanlara): "Bu (öldürdüyüm) quluma baxın. İNDİ MƏN ONU DİRİLDƏCƏYƏM..." deyəcək.15
Hədislərdə verilən məlumatlardan aydın olduğu kimi Dəccal yalançı möcüzələrini allahlıq iddiasını insanlara qəbul etdirə bilmək üçün istifadə edəcək. Zəif ağıllı insanlar bunları bir "möcüzə" zənn edə bilərlər. Halbuki möcüzə Allahın vəli qullarına lütf etdiyi bir nemətdir. Dəccalın göstərdiyi qeyri-adi hadisələr isə bir istidrac, yəni Allahın insanları sınamaq üçün yaratdığı və kafirlərdə görülən yalançı möcüzələrdir.
İslam alimləri Dəccalın bu yalançı möcüzələri gerçəkləşdirərkən, cadu, hipnoz kimi üsullar istifadə edə biləcəyinə işarə etmişlər. Bədiüzzaman Səid Nursi Dəccalın bu xüsusiyyətini belə açıqlamışdır:
Və onların başında duran ən böyükləri, İSPİRTİZMA VƏ MANYETİZMANIN HADİSATI NƏVİNDƏN (hipnotizma və cinlərlə bağlantı şəklində hadisələrlə) QƏRİBƏ MÖCÜZƏLƏRƏ MƏZHƏR (sahib) OLAN DƏCCAL isə daha da irəli gedib, cəbbəranə (məcburi) suri (həqiqi, ciddi ve səmimi olmayan) hökumətini bir nəvi rübubiyyət (Rəbblik, sahiblik) təsəvvür edib Uluhiyyətini (Allahlığını –Allahı tənzih edirik-) elan edir...16
Ustadın da bildirdiyi kimi Dəccal hipnoz və cadu nümayişləri kimi hiylələrlə kifayət qədər bilgi sahibi olmayan və ya imanı zəif olan bir çox insanı aldada bilər. Xüsusilə də bütün Xristiyan dünyasının Hz. İsanı və Yəhudilərin də Məsihi gözlədikləri bir müddətdə, Dəccalın göstərdiyi yalançı möcüzələr və hiylələri bir çox insanın Dəccala aldanmasına səbəb ola bilər.
Dəccal Müsəlmanların, Əhl-i Kitabın (Yəhudi və Xristiyanların) Ən Böyük Düşmənı Olacaq
Peyğəmbərimiz (səv) hədislərində, Dəccalın insanları bəlaya apararkən yaxşılıq edirmiş kimi görünə biləcəyinə diqqət çəkmişdir. Bir hədisdə belə buyrulmuşdur:
Dəccal peyda olduğu vaxt onunla bərabər su və atəş də var. Ancaq xalqın ATƏŞ OLARAQ GÖRDÜYÜ ŞİRİN SUDUR; xalqın SU OLARAQ GÖRDÜYÜ İSə YANDIRICI ATƏŞDİR. Sizdən kim o günü görə bilərsə, xalqın atəş olaraq gördüyünə düşməyi qəbul etsin. Çünki o, şirin soyuq sudur.17
Hədisdəki məlumatlara görə, Dəccalın insanları yaxşı bir şey edirlərmiş kimi təlqin edərək, "atəşə" yəni döyüşməyə, qarşıdurmaya, müharibəyə, qan tökməyə yönləndirməsi gözlənilir. Bunu edərkən də daha əvvəlki hədislərdə göstərildiyi kimi özünü bir mürşid, hətta bir peyğəmbər kimi göstərərək insanları təsiri altına alacaq. Hədislərin işarələrinə görə, bir qisim Yəhudi və Xristiyan da Dəccalın təsiri altında olacaq. Dəccal Yəhudilərə, Yəhudi cəmiyyətinə fayda verəcəkmiş kimi görünərək, Xristiyanlara da həmçinin fayda verəcəkmiş kimi görünərək onları yönləndirəcək. Bu taktikayla hər iki tərəfi də pərişan etməyi, hər iki tərəfi də böyük müsibətlərə düçar etməyi hədəfləməkdədir. Başqa sözlə Dəccal Yəhudilərin və Xristiyanların da ən böyük düşmənidir.
Xristiyanların və Yəhudilərin Dəccalın bütün bu tələlərinə qarşı diqqətli olmaları lazımdır, çünki Dəccal bunları sanki dini bir hökm kimi göstərməyə çalışacaq. Dəccal İncilə tabe olan səmimi Xristiyanlara hiylə edərək, onları öz müqəddəs kitablarına müxalif olacaq şəkildə azğın bir ideologiyaya sürükləməyə çalışır. İncilin təlimlərini heçə saydıraraq, öz azğın fikirlərini onlara doğru və qanuni bir şey kimi göstərmək istəyir. Əslində isə Allah adına ortaya çıxaraq haqqı batil, batili isə haqq olaraq göstərərək çox böyük oyun oynayır. Onları din adına, yaxşılıq adına hərəkət etdiklərinə inandırmaqda və Allahın adını istifadə edərək onları pisliyə təşviq edir. Quranda Dəccalın bu üsuluna qarşı insanlar "...Aldadıcı(lar) da, sizi Allah ilə (Allahın adını istifadə edərək) aldatmasın." (Fatir surəsi, 5) ayəsiylə xəbərdar edilmişlər. Peyğəmbərimizin (səv) hədislərində isə Dəccalın insanlara yaxşını pis, pisi isə yaxşı göstərərək aldadacağı belə xəbər verilmişdir:
"Şübhəsiz onunla bərabər bir cənnət və bir cəhənnəm (deyə isimləndirdiyi iki çay) olması da onun fitnəsidir. Əslində cəhənnəmi bir cənnət, cənnəti də bir cəhənnəmdir." (İbn-i Məce, 4075, 4076; Tırmizi, Fitən: 59, no. 2240, 4/510)
"Sonra Dəccal peyda olacaq, bərabərində bir çay və bir atəş olacaq. (Onu inkar edib) Atəşinə düşənin savabı vacib olacaq, (ona iman edib) çayına düşənin isə günahı vacib olacaq." (Əbu davud, Fitən 4244, 2/497; İbni Əbi Şeybə, Müsənnəf, Fitən: 5, 8/591)
Dəccalın Məsihin gəlməsi üçün müqəddəs kitablara söykənərək irəli sürdüyü bütün şərtlər, əslində Dəccalın yer üzündə pisliyi hakim edə bilmək üçün qurduğu bir tələdən ibarətdir. Hədislərdə "onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnətdir" bənzətməsiylə bildirildiyi kimi Dəccal hər şeyi tərsinə çevirərək, gözəl, yaxşı və doğru olanı onlara pis göstərməyə çalışmaqdadır.
Dəccal Xristiyanların qarşısına heç gözlənilməyən bir vaxtda və heç gözlənilməyən hiyləli üsullarla çıxmışdır. Allahın adından istifadə edərək və istəklərini müqəddəs səbəblərə bağlayaraq yaxınlaşması, onun gəlişini çox fərqli şərtlərdə gözləyən bir qisim Xristiyanların aldanmasına səbəb olmuşdur. Dəccal yer üzünə sevgi, barış və hüzurun hakim olmasını Dəccallıq olaraq göstərib, əsl Dəccaliyyət olan öz fikir sistemini isə inandıqları dinin bir gərəyi olaraq göstərərək Xristiyanlardan ibarət bir qrupu da təsiri altına almağa çalışır. Onlara "Hz. İsaya itaət edin" ya da "İncildə belə buyrulur" deyərək, etdirmək istədiklərini çok məqbul kimi göstərərək yaxınlaşmaqdadır. Əsl hədəfi isə, axır zamanda yer üzünə ikinci dəfə gələcək olan Hz. İsaya qarşı mübarizəsində, istədiyi kimi yönləndirə biləcəyi geniş kütlələr yaradır. Bu yolla cəmiyyətləri bir-birinə qarşı salaraq bütün dünyanı böyük bir xaos, qarışıqlıq, məğlubiyyət və həlaka sürükləmək məqsədini güdür.
Hüzuru, qurtuluşu, barışı, Orta Şərqin hüzura qovuşmasını müqəddəs kitablara qarşı edilən Dəccali bir hərəkət olaraq göstərməkdə; qan tökülməsini, heç bir günahı olmayan məsum insanların, yazıq qadınların, uşaqların mərhəmətsizcə öldürülməsini, bölgəyə amansız bir dəhşət yayılmasını isə onlara müqəddəs bir ibadət kimi təqdim edir. Özləriylə eyni kitaba inanan, özləri kimi Hz. İsanı peyğəmbər olaraq qəbul edən, eyni ibadətləri yerinə yetirən Katolikləri məhv edilməsi zəruri olan bir düşmən olaraq göstərir. Eyni şəkildə özləri kimi Allaha inanan, eyni peyğəmbərləri sevib hörmət edən, eyni əxlaqi prinsiplərə sahib olan, Hz. İsanın gəlişini eyni şəkildə böyük bir həyəcanla gözləyən Müsəlmanları da onlara qarşı mübarizə aparılması zəruri olan bir cəmiyyət olaraq göstərir.
Halbuki Xristiyanlar, Yəhudilər və Müsəlmanlar bir-birlərinə düşmən deyildirlər; əksinə Dəccalın dəstəklədiyi ateizmə və din düşmənçiliyinə qarşı bir-birlərinin müttəfiqidirlər. Xristiyanlar, Müsəlmanlar və Yəhudilər, eyni şəkildə Allaha iman etmişlər, eyni peyğəmbərləri sevirlər, hörmət edirlər. Hz. İbrahim, Hz. İsmail, Hz. İshaq, Hz. Yaqub, Hz. Yusuf, Hz. Musa və ya Hz. Davud Yəhudilər üçün nə qədər önəmli isə, Müsəlmanlar üçün də ən azı o qədər önəmlidir. Eyni şəkildə Hz. İsa Xristiyanlar üçün nə qədər önəmlidirsə, Müsəlmanlar üçün də o qədər dəyərli və müqəddəsdir. Bütün İslam aləmi min dört yüz ildir ki, bu müqəddəs peyğəmbərin yer üzünə ikinci dəfə gəlişinin müjdəsini verməktə və böyük bir həyəcanla bu tarixi hadisəyə hazırlıq görməktədir. Bununla yanaşı Yəhudilərin və Müsəlmanların üzərində yaşadıqları və Allaha xidmət etdikləri torpaqlar, Yəhudilər üçün nə qədər müqəddəsdirsə, Müsəlmanlar üçün də ən azı o qədər müqəddəsdir. O halda müharibə, qarışıqlıq və anarxiya mühiti olması və bütün ilahi dinlərin mənsubları üçün müqəddəs olan torpaqlarda qan tökülməsi üçün qanuni heç bir səbəb yoxdur. Bu mövzunu çox ağıllı bir şəkildə düşünüb təfəkkür etmək lazımdır: Barış və hüzur içərisində yaşamaq niyə Dəccallıq kimi qəbul edilməlidir? Niyə Məsihin gələ bilməsi üçün illərlə yer üzündə qorxu və dəhşət hakim olmalı, fəlakətlər yaşanmalıdır, ? Niyə Məsih gələnə qədər sülh olmamalı, müharibə davam etməlidir? Yəhudilərin üçdə ikisi niyə ölməli, niyə eyni dinə inanan insanlar bir-birlerinə düşmən olub müharibə yaratmalıdırlar? Katoliklər və Müsəlmanlar niyə Yəhudilərin və Xristiyanların düşməni olmalıdır? Xristiyan, Yəhudi, ya da Müsəlman məsum uşaqlar niyə haqsız yerə öldürülməlidir?
Bunların heç biri üçün məqbul səbəb yoxdur. Dəccal hüzuru, qurtuluşu, sülhü, qardaşlığı, sevgini, şəfqəti, mərhəməti insanlara Dəccali hərəkətlər olaraq göstərir. Bu yolla Yəhudiləri, Xristiyanları və Müsəlmanları bir-birlərinə qarşı salaraq hədəfinə çatmağa çalışır.
Xristiyanların dindar olmaları, Allahdan qorxmaları, peyğəmbərləri, Hz. İsanı səmimi bir bağlılıq və böyük bir sevgiylə sevmələri və yer üzünə ikinci dəfə gəlişinə hazırlıq görmələri çox gözəl bir nemətdir. Amma bu mövzuda Dəccalın tələsinə düşmələri də son dərəcə önəmlidir. Milyonlarla Xristiyanı korkoranə inandırmağa çalışdığı və Hz. İsanın gələ bilməsi üçün mütləq olması zəruri olan irəli sürdüyü şərtlərdən hər biri, əslində Dəccalın insanlığı dəhşətli bir məğlubiyyətçiliyə aparmaq üçün qurduğu tələlərdən ibarətdir. Bu şəkildə çox geniş bir kütləyi təsiri altına alaraq terroru, şiddəti, anarxiyanı kilidləyəcək bir sistem yaratmağı hədəfləyir.
Bütün Xristiyanların, bu vəziyyətin Dəccalın bir oyunu olduğunu aydın bir şəkildə görmələri ve bu böyük təhlükəyə qarşı Allahın göstərdiyi yolla gedərək din əxlaqına uyğun şəkildə hərəkət etmələri lazımdır. Dəccalın insanları bu kimi metodlarla aldadacağı bütün peyğəmbərlər tərəfindən yaşadıqları cəmiyyətlərə təbliğ edilmişdir. Edə biləcəyi ən şeytani aldatma üsulu bu şəkildə də Allah və din adına ortaya çıxaraq səmimi dindarlara təsir etməyə və bir-birlərinə qarşı salmağa çalışacaq. Dəccalın bu məlumatlar istiqamətində dəyərləndirilməsi və bu yöndə quracağı tələlərə qarşı diqqətli olunması çox vacibdir.
Dəccalın Bu Təlqinləri Tövrat və İncil İlə Ziddiyyət Təşkil edir
Dəccalın Tövrata bəzi mənalar əlavə edərək Müsəlmanlar və Katoliklər ilə Xristiyanlar və Yəhudilər arasında bir müharibə yaşanması, şiddət və gərginlik mühitinin mövcud olması və sülhə maneə yaradılması üçün etdiyi təlqinləri, həm İncil, həm də Tövrat ilə tamamilə ziddiyyət təşkil edir. Bu yanlış anlayış Hz. İsanın Xristiyanlara öyrətmiş olduğu əxlaqa tamamilə ziddir. Xristiyanlığın təməlində sevgi, barış ve xoşgörüş vardır. Matta İncilində Hz. İsanın tələbələrinə "düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin" (Matta 5/44) dediyi yazılmışdır. Luka İncilində isə Hz. İsanın "bir yanağına şillə vurana digər yanağını çevir" (Luka, 6/29) dediyi bildirilir. İncilin heç bir yerində şiddəti qanuniləşdirən hökm yoxdur; məsum insanların qətl edilməsi ilə bağlı bir düşüncəyə isə qətiyyən yer yoxdur. Xristiyanlıq bir sevgi və barış dinidir. İncildə Xristiyanlara düşmənlarını belə sevmələri, bütün insanlara yaxşılıq etmələri, pisliyə qarşı yaxşılıqla cavab verməleəri əmr edilmiştir. İncilə baxıldığında Hz. İsanın insanlara həmişə sevgi, barış və dostluq tövsiyyə ettiyi görülməktədir:
"... Əsla pisliyə pisliklə cavab verməyin. Bir-biriniz və bütün insanlar üçün hər zaman yaxşılıq edin."(Pavlusun Səlaniklilərə 1. Məktubu, 5: 14-15)
... Davakar yox, itəatli olsunlar. İnsanlarla hər zaman mülayim rəftar etsinlər. (Pavlusun Titusa Məktubu, 3: 1-2)
Bir-birinizi qardaşlıq sevgisiylə, şəfqətlə sevin. Bir-birinize hörmət göstərməkdə yarışın. (Pavlusun Romalılara Məktubu, 12: 10)
İncil açıqlamalarında üzərində dayanılan başqa bir mövzu isə ayrılıqların, çəkişmələrin, hüsumətlərin və qarşıdurmaların aradan qaldırılması və ortaq bir düşüncədə birləşərək sülhün təmin olunmasıdır:
... Hamınız aranızdaheç bir bölünmə olmadan eyni düşüncə və mühakimədə birləşin. (Pavlusun Korintlilərə Birinci Məktubu, 1: 10)
Hər kəslə sülh şəraitində yaşamaq üçüin əlinizdən gələni edin. Ey insanlar, heç bir zaman qisas almayın... (Romalılara Məktup, Bap 12, 18-20)
'Qonşunu sev, düşməninə nifrət et' deyildiyini eşitdiniz. Amma mən sizə deyirəm ki, düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin. (Matta, Bap 5, 43-44)
Dəccalın şiddəti təşviq edən təlqinləri, bəzi Xristiyanların qiyamət əlamətləri ilə bağlı inanclarının söykəndiyi Tövratda da ziddiyyət yaradır. "Qan tökənlərin təlqinlərini dinləməmək" və "pisliyə tab gətirməmək" (İşaya, Bap 33, 15) Tövratda bildirilən hökmlərdir. Səmimi olaraq Allaha iman edən Xristiyanların və Yəhudilərin bir çox mövzuda yaşadıqları gözəl əxlaqı, kitablarında yer alan bu hökmlər mövzusunda da yaşamaları və barışın müdafiyəçiləri olmaları gərəklidir. Tövratda şiddətin və zülmün qınandığı; barışın, sevginin, mərhəmətin və gözəl əxlaqın tərif edildiyi açıqlamalardan bəziləri bu şəkildədir:
Hökmdə haqsızlıq etməyəcəksiniz... qonşunun qanuna qarşı ayağa qalxmayacaqsınız... Qisas almayacaq və qövmünün oğullarına kin saxlamayacaq və qonşunu özünüz kimi sevəcəksiniz... (Levililer, Bap 19, 15-18)
Pisliyi deyil, yaxşılığı axtarın ki yaşayasınız və beləcə Rəbb, orduların Allahı dediyiniz kimi sizinlə bərabər olar. Pisliyə nifrət edin və yaxşılığıi sevin, həmişə haqqın tərəfində olun... (Amos, Bap 5, 10-15)
Tövratda bildirilən digər bir hökm isə "qan tökülməməsi və saleh insanların yurdlarına pusqu qurulmamasıdır:
Allahın, Rəbbin sənə lütf etdiyi məmləkətin içərisində günahsız yerə qan tökülməsin və sənin üzərinə də qan axmasın. (Tesniye, Bap 19, 10)
Ey cahil insan, salehin oturduğu yerə qarşı pusqu qurma; onun yurdunu yerlə yeksan etmə... Düşmənin yıxılarkən sevinmə, o yıxılan zaman ürəyin məsrur (sevincli) olmasın; yoxsa Rəbb bunu görər... (Süleymanın Məsəlləri, Bap 24, 15-20)
İncil və Tövrat sonradan təhrif edilmiş olsa da, içində Quran ilə uyğun bəzi haqq hökmlər də vardır. Səmimi olaraq iman edən Xristiyanlar və Yəhudilər Tövrat və İncildəki bu açıqlamaları rəhbər tutaraq hərəkət etməlidirlər. Bilməlidirlər ki, müqəddəs kitablara zidd hərəkət etsələr, Dəccalın məqsədinə xidmət etmiş olacaqlar. Unudulmamalıdır ki, Dəccalın Orta Şərqdə və bütün dünyada qan tökmək üçün etdiyi hərəkətlərə ancaq gözəl əxlaq göstərərək mane ola bilərlər.
Hədis-i şərifdə bir qisim insanların da Dəccalın inkarçı olduğunu bildikləri halda onlara verəcəyi dünyəvi mənfəətlərə aldanaraq onun təsiri altında qalacağı bildirilmişdir:
Bir qisim insanlar Dəccalla söhbət edəcəklər. Və deyəcəklər ki, "Biz onun KAFİR OLDUĞUNU BİLİRİK; yeməyindən yemək, ağacından FAYDALANMAK ÜÇÜN ONUNLA YOLDAŞLIQ EDİRİK." Allahın qəzəbi Dəccalla birlikdə hamısına gələcək.18
Müsəlmanlar da Dəccalın Hiyləsinə Qarşı Diqqətli Olmalıdırlar
Dəccal Xristiyanlara etdiyi hiylənin bir bənzərini də Müsəlmanlara etməyə çalışır; yer üzündə böyük bir fitnə və qarışıqlıq çıxara bilmək üçün onları da təsiri altına almaq istəyir. Müsəlmanları da aldadaraq, bu mühit içərisində onlara yönəldilən şiddətə şiddətlə qarşılıq vermələrini təşviq etməktə və beləcə şeytanın qan tökmə arzusunu yerinə yetirmək istəyir. Digər tərəfdən Müsəlmanların öz aralarında da terroru təşviq edərək onları öz içərilərində də bir-birlərinə qarşı salmağa çabalayır. Beləcə qorxu və dəhşət vəziyyətini getdicə daha da şiddətləndirməyi, məsum insanların qanını tökərək yer üzünü öz əxlaqını hakim edə biləcəyi bir fitnə məkanına çevirməyi hədəfləyir.
Böyük İslam alimi Bədiüzzaman Səid Nursi bütün Müsəlmanları bu təhlükəyə görə xəbərdar etmiş, Dəccalın İslam dünyasını təzyiq altına alacağını, saleh Müsəlmanlara çətin günlər yaşadacağını xəbər vermişdir:
Axır zamanın Süfyan və Dəccal kimi nifaqın (ikiüzlülük) və zindiqanın (küfr) başına keçəcək əşhas-ı müdhişə-i muzirrələri (zərər verən dəhşətli şəxsləri) ... bəşərin həvəs və şikakından (ikiüzlülüyündən) istifadə edərək az bir qüvvətlə nəv-i bəşəri (insanları) hərc-ü mərc (darmadağın) edir və böyük Aləm-i İslamı (İslam aləmini) əsarət altına alır. (Xidmət Rəhbəri, 86)
Səmimi iman sahibi Müsəlmanlar bu təhlükəni görməli və Dəccalın fəndlərinə uymamalıdırlar. Hər şeydən əvvəl "Şübhəsiz Allah, Onun yolunda, sanki bir-birlərinə birləşmiş bir divar kimi səf bağlayaraq mübarizə aparanları sevər." (Saff surəsi, 4) ayəsində bildirildiyi kimi öz aralarında sarsılmaz bir birlik və bərabərlik ruhuyla hərəkət etməlidirlər. Bu mövzuda, yaşadığı müddətdə müşriklərlə belə mülayim rəftar edən Peyğəmbərimizin (səv) əxlaqını özlərinə örnək almalı; ixtilafdan, münaqişədən uzaq durmalıdırlar. Necə ki Peyğəmbərimiz (səv), möminlərin bir-birlərindən uzaqlaşmaları vəziyyətində Dəccalın təsiri altına düşə biləcəklərini xatırladaraq Müsəlmanları belə bir təhlükəyə qarşı xəbərdarlıq etmişdir:
O günlərdə araları pozulmuş möminlər Dəccalın hədəfi olmaqdan qurtula bilməzlər. ((Hakim, Müstədrək, 4:529-530) Şaban Döyən, Mehdi və Dəccal, Gənclik Nəşrləri, 2. )
Peyğəmbərimizin (səv) bu sözündən Dəccalın fitnəsindən qorunmaq istəyən möminlərin bütün Müsəlmanların qardaş olduğu şüuruyla hərəkət etmələrinin zəruri olduğu aydın bir şəkildə başa düşülür. Quranda da iman edənlərin bir-birlərinə dəstək olub həmrəy olmaları, əks təqdirdə yer üzündə böyük bir fitnə və qarğaşa olacağı bildirilmişdir:
İnkar edənlər bir-birlərinin dostudurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməsəz və dost olmasaz) yer üzündə bir fitnə və böyük bir fəsad olar. (Ənfal surəsi, 73)
Müsəlmanlar öz içərilərində olduğu kimi Xristiyanlara və Yəhudilərə qarşı da Quran əxlaqının tələb etdiyi şəkildə davranmalı, bu mövzuda da Dəccalın hiyləsinə qarşı diqqətli olmalıdırlar. Allah Quranın bir çox ayəsində gözəl əxlaqın, yaxşılığın, pisliyə yaxşılıqla qarşılıq vermənin önəmini bildirmiş, Yəhudilərə və Xristiyanlara yəni Kitab Əhlinə qarşı da, Müsəlmanların yaxşı niyyət və xoşgörüş ilə yaxınlaşmalarını buyurmuşdur. Rəbbimiz Quranda insanlar arasında heç bir ayrıseçkilik etmədən ədalətlə hökm etməyi, insanların haqqını qorumağı, zülmə əsla riza göstərməməyi, məzlumu zalımdan qorumağı, ehtiyac içərisində olanlara kömək əlini uzatmağı əmr edir. Bu ədalət bir qərar vermək zamanında hər iki tərəfin də haqqını qorumağı, hadisələri çox yönlü dəyərləndirməyi, ön mühakiməsiz düşünməyi, tərəfsizliyi, həqqaniyyəti, dürüstlüyü, xoşgörüşü, mərhəməti və şəfqəti tələb edir. Müsəlmanlar Dəccalın bu yöndəki hiylələrinə qarşı da yenə hər zaman Quran ayələrinə görə hərəkət etməli, səbirli, təvəkküllü davranmalı, sevgiylə, şəfqətlə qarşılıq verməlidirlər. Allah Quranda möminlərə pisliklə qarşılaşdıqlarında belə bu rəftara yaxşılıqla qarşılıq vermələrini belə bildirmişdir:
Yaxşılıqla pislik eyni olmaz. Sən, ən gözəl olan bir tərzdə pisliyi uzaqlaşdır; o zaman, görərsən ki, səninlə onun arasında düşmənçilik olan bir şəxs, sanki yaxın bir dostun olmuşdur. (Fussilət surəsi, 34)
Bu mövzudakı ən gözəl örnəklərdeən biri Peyğəmbərimizin (səv) göstərmiş olduğu gözəl əxlaqdır. Hz. Məhəmməd (səv), Yəhudilərə və Xristiyanlara qarşı hər zaman son dərəcə ədalətli və mərhəmətli davranmış, İlahi dinlərin mənsubları ilə Müsəlmanlar arasında sevgiyə və hörmətə söykənən bir mühit yaradılmasını istəmişdir. İslamiyyətin ilk illərində məkkəli müşriklərin əziyyət və təzyiqlərinə məruz qalan Müsəlmanların bir qismi Efiopiyadakı Xristiyan Kral Nəcaşiyə sığınaraq Xristiyanlarla dostluq və barış içərisində yaşayıblar. Peyğəmbərimizlə (səv) birlikdə Mədinəyə hicrət edən möminlər isə Mədinədə yaşayan Yəhudilərlə sonrakı bütün nəsillərə örnək olacaq bir birlikdə yaşamaq modeli inkişaf etdirmişlər. İslamın yayılma müddətində də Ərəbistandakı Yəhudi və Xristiyan cəmiyyətlərinə göstərilən tolerantlıq, Müsəlmanların Kitab Əhlinə qarşı xoşgörüş və ədalətinin önəmli bir örnəyi olaraq tarixə keçmiştir.
Mədinə Anlaşmasının "Bəni Əvf Yəhudiləri inananlarla birlikdə xalq yaradırlar. Yəhudilərin dini özlərinə, Müsəlmanların dini isə özlərinədir" hökmüylə Müsəlmanların Yəhudilərin ənənələrinə və inanclarına göstərdikləri xoşgörüşün təməli də yenə Peyğəmbərimizin (səv) yaşadığı müddətdə qoyulmuşdur.
Müsəlmanların bu əxlaqının başqa bir örnəyi də Osmanlı İmperatorluğu zamanında yaşanmışdır. Osmanlı İmperatorluğu dünyanın xoşgörüşsüzlük və təzyiqlə dolu olduğu bir müddətdə, Musəvi camaatlarına göstərdiyi böyük tolerantlıqla tarixə keçmişdir. Tarix boyu Müsəlmanların bu əxlaqları, Yəhudilərin çətinlik və sıxıntı içində olduqları müxtəlif vaxtlarda İslam torpaqlarına sığınmaları ilə nəticələnmişdir. İspanyadan haqsız yerə sürgün edilən Yəhudilərə Osmanlı İmperatorluğu öz qapılarını açmış və yurdlarından çıxarılan minlərlə Yəhudini Osmanlı dövləti saxlamışdır. İslam torpaqlarında Yəhudilər və Müsəlmanlar illərlə qardaşca hüzur və güvənlik içərisində birlikdə yaşamışdırlar. Osmanlı təəbəsi içərisində Musəvilər də, Dövlət-i Alinin onlara göstərdiyi tolerantlığı hər zaman hörmətlə xatırlamışdırlar.
Osmanlı rəhbərliyindəki həmin vəziyyət Xristiyanlara da aid olmuşdur. Xristiyanlar da Osmanlı torpaqlarında xoşgörüş, təhlükəsizlik və azadlıq şəraitində yaşayıblar. XX yüz illiyin birinci yarısından bu vaxta qədər daimi bir çaxnaşma və xaos içində qalmış olan Orta Şərqdə Osmanlı rəhbərliyi boyunca əsrlərlə davam edən barış və hüzur doğuran bir mühit qurulmuştur. Xristiyanlar və Yəhudilər bir-birlərinin dinlərini qəbul etməmələrinə baxmayaraq, Osmanlı rəhbərliyinin formalaşdırdığı bu xoşgörüş mühitində qarşılıqlı dialoq və uzlaşma içərisində olmuşdurlar. Osmanlı suverenliyində Yəhudilər sinaqoqlarında, Xristiyanlar kilsələrində, Müsəlmanlar da məscidlərində Allaha ibadət etmiş, üç dinin insanları birlikdə barış içərisində yaşamışdırlar.
Peyğəmbərimizin (səv) və Osmanlı rəhbərliyinin Kitab Əhlinə göstərmiş olduğu gözəl əxlaq, xoşgörüş və barış anlayışı bütün Müsəlmanlara örnək olmalıdır. Allahın Quranda "Kitab Əhliylə ən gözəl tərzdə rəftar edin.Və deyin ki: "Bizə və sizə endirilənə iman etdik; bizim Allahımız da, sizin Allahınız da birdir və biz Ona təslim olmuşuq." (Ənkəbut surəsi, 46) ayəsiylə bildirdiyi kimi, "ən gözəl tərzdə rəftar edin" kəlmələrinə diqqətlə yanaşmalıdırlar. Əks təqdirdə Dəccalın istədiyi fitnə və qarğaşa mühitinin yaranacağı unudulmamalıdır. Müsəlmanların bütün bu əsaslar üzərində Kitab Əhlinə sevgi və hörmətlə yaxınlaşmaları və yaşadıqları bu əxlaq ilə onlara ayədə bildirilən "ortaq bir kəlmədə birləşmə" çağırışını ən gözəl şəkildə çatdırmaları zəruridir:
De ki: "Ey Kitab Əhli, bizimlə sizin aranızda ortaq bir kəlməyə gəlin. Allahdan başqasına qulluq etməyin, Ona heç bir şeyi ortaq qoşmayın və Allahın yerinə bir qisminiz (digər) bir qisminizə ibadət etməyin. (Ali İmran surəsi, 64)
Quran əxlaqına və Peyğəmbərimizin (səv) sünnətinə uyan saleh möminlər isə Dəccalın bütün bu hiylələrinə qarşı şüurludurlar və imanlarının nuruyla Dəccalın hiylələrini duyar, bunlara aldanmazlar. Məsih Dəccalın şiddətinə və qanlı terroruna qarşı bütün insanları xəbərdar etmək və elmləndirmək vicdan sahibləri üçün bir vəzifədir.
|
Dəccalın Gizli Ordusu: Masonluq |
Mason iclaslarının keçirildiyi mason məbədi.
|
Masonik mərasim yeriyişi |
Peyğəmbərimiz (səv) Dəccalın gizli bir şəkildə hərəkət edəcəyinə işarə etmişdir:
Dəccal yola çıxıp ilk dəfə Dəməşk şəhərinin şərqə baxan qapısının yanına gələcək... AXTARILACAQ, LAKİN ƏLƏ KEÇMƏYƏCƏK ... Sonra Kisvə çayının sularının yanında onu görəcəklər... AXTARILACAQ, HANSI TƏRƏFƏ GETDİYİ BİLİNMƏYƏCƏK...19
Hədis-i şərifdə, "Dəccalın axtarılacağının, lakin ələ keçməyəcək" bildirilmiş olması gizli olaraq hərəkət edəcəyinə işarə edir. Dəccal ortaya çıxacağı müddət gələnə qədər çox diqqət çəkmədən, insanları duyuq salmadan, yavaş-yavaş və dərindən fəaliyyət göstərəcək. Bu müddət ərzində Dəccal və tərəfdarları üçün gizlilik əsas olacaq, bu məqsədlə gizli təşkilatların dəstəyini alacaq. Bu gizliliyin bir tələbi olaraq Dəccal güclü dövlətlər yaradıb onları idarə edəcək, "görünməz bir güc" kimi hərəkət edəcək. Bununla da hiyləgər bir üslubla pozğunçuluq yaradacaq. Bədiüzzaman Səid Nursi də Dəccalın masonluq kimi gizli təşkilatların dəstəğyni alacağına diqqət çəkmişdir:
... DƏCCAL... MASON KOMİTƏLƏRİNİ ALDADIP DƏSTƏYİNİ qazandıqlarından dəhşətli bir iqtidar zənn edilir...20
Ustadın da bildirdiyi kimi Dəccal dünya masonluğunu gizli ordusu olaraq istifadə edəcək. Bu gizli təşkilatın iclaslarında, Dəccalın rəhbərliyində Müsəlmanların əleyhində gizli qərarlar qəbul edilərək tətbiq olunacaq. Necə ki, dünyanın fərqli yerlərində Müsəlmanları hədəf alan təzyiqin, çətinliyin və hücumların bir-biriylə oxşarlığı hər kəs tərəfindən qəbul edilir. Bu, haqqında danışılan hərəkətlərin mərkəzdən istiqamətləndirildiyinin önəmli bir dəlilidir.
|
Bədiüzzaman Səid Nursi, Dəccalın İslam dünyasını təzyiq altına alacağını, saleh Müsəlmanlara çətin günlər yaşadacağını sözlərində bildirmişdir:
... DƏCCAL KİMİ nifaq (ikiüzlülük) və zindiqa (küfr) başına keçəcək əşhas-i müdhişə-i müzirrələri (zərər verən şəxsləri) ... bəşərin hirs və şiqaqından (ikiüzlülüyündən) istifadə edərək az bir qüvvətlə nəv-i bəşəri (insanları) hərc-ü mərc (darmadağın) edər və BÖYÜK ALƏM-İ İSLAMI ƏSARƏT ALTINA ALAR.21
Ustadın açıqlamalarından aydın olduğu kimi, Dəccal, iman etməyənləri və münafiqləri Müsəlmanların əleyhinə birləşdirəcək və onlara rəhbərlik edəcək. İnsanları haqdan uzaqlaşdırmaq üçün də bu cür insanların ehtiraslarından və ikiüzlülüklərindən faydalanacaq. Bu yolla qarğaşa və fitnələrə səbəb olacaq.
Quraqlıq və Dəccalın Çıxışı
Axır zamanda müəyyən bir müddət üçün yaşanacaq quraqlıq rəvayətlərə görə, Dəccalın çıxışından əvvəl gerçəkləşəcək olan çox önəmli bir əlamətdir.
Hz. Məhəmməd (səv) Dəccalın çıxışından əvvəl gerçəkləşəcək olan quraqlıq müddətini bir hədis-i şərifində belə izah etmişdir:
" Dəccalın çıxmasından əvvəl göy üzü üç illik yağışını saxlayar. Birinci ildə normal yağışın üçdə birini saxlayıb üçdə ikisini yağdırar. Yer üzü, bitkisinin üçdə birini bitirməz. İkinci ildə göy üzü normal yağışının üçdə ikisini yağdırmaz. Yer üzü də bitkisinin üçdə ikisini bitirməz. Üçüncü ildə isə göy üzü yağışını tamamilə kəsər, yer üzü də bitkisindən heç birini bitirməz." (Əbu Davud, İbni Macə, Təbərani; Gələcəyin Tarixi 3, s. 241)
Quraqlıqla bağlı son vaxtlarda mediada yer alan xəbərlər hədisdəki həmin məlumatlarla üst-üstə düşür. Hədisdə üç il içərisində getdicə artan şiddətdə yaşanacaq böyük bir quraqlıqdan bəhs edilir. London Universitetinin meteoroloji təxminlər üzrə mütəxəsisləşmiş iş qrupunun apardığı araşdırmalar da hədisdə verilən məlumatlara uyğun gəlir. Bu məlumatlara görə önümüzdəki üçillik müddətdə quraqlığın şiddəti getdikcə artacaq və məhsul azalması müşahidə olunacaq. Aşağıdakı qəzet xəbəri də hədisdə verilən məlumatların doğruluğunu sübut edir. Xəbərdəki bu cümlələr çox diqqət çəkir:
' 'Məlumatlar, diqqətçəkici bir şəkildə önümüzdəki 1 il içində İç Anadolu Bölgəsinin 'az-orta' dərəcədə quraqlıqla üzlşəcəyinin, 2 il sonra quraqlığın 'az' səviyyəsindən 'şiddətli' səviyyəyə çatacağını, 3 il sonra isə quraqlığın 'az'dan 'hədd mərhələdə quraqlıq' səviyyəsinə çatacağını göstərir."
Quraqlığın Birinci İli
Hədisdə birinci ildə yağışın çox az yağacağı ve quraqlıq səbəbiylə məhsullarda üçdə bir nisbətində azalma olacağı xəbər verilir:
" Dəccalın çıxmasından əvvəl göy üzü üç il yağışını saxlayar. Birinci ildə normal yağışın üçdə birini saxlayıb üçdə ikisini yağdırar. Yer üzü bitkisinin üçdə birini bitirməz..."
Ard-arda edilən və nəticələri nəşr edilən elmi araşdırmalar da bu məlumatları təsdiqləməkdə, 2006-cı ilin sonu və 2007-ci ilin əvvəlindən etibarən, əvvəlki illərə nisbətlə yağışlarda diqqətə çarpan bir azalma gözləndiyi qeyd edilir. Məsələn, Əkinçilik Mühəndisləri Qrupunun xüsusi bir iş qrubu quraraq hazırladığı 'Quraqlıq və Təsirləri' hesabatına görə, Türkiyəyə 2006-cı ilin dekabrında normalın dörtdə biri nisbətində yağış yağmışdır. Yenə Türkiyədə Oktyabr və Dekabr aylarında uzun illər yağış nisbəti 224 mm olduğu halda, 2006-cı ilin Oktyabr-Dekabr aylarında 199, 1 mm yağış qeydə alınmışdır.
Başqa bir xəbərə görə isə qlobal istiləşməyə görə Avropa dəhşət istilərdən əziyyət çəkir. Fransa, İtalya və Xorvatıstan kimi bir çox Avropa ölkələri quraqlıq təhlükəsiylə qarşı-qarşıyadır. Avropanın bir çox çayları quruyarkən gəmilər də çəkilən su səbəbiylə torpaq sahələrə yerləşdiriliblər.
Quraqlığın İkinci İlində Baş Verəcək Hadisələr
Hədisdə quraqlığın ikinci ilində yağış miqdarının daha da azalacağı bildirilmişdir. Məhsulda isə üçdə iki nisbətində azalma olacağına diqqət çəkilmişdir:
" ... İkinci ildə göy üzü normal yağışının üçdə ikisini yağdırmaz. Yer üzü də bitkisinin üçdə ikisini bitirməz..."
2007-ci il 29 may tarixli bu xəbərdə verilən məlumatlar isə hədisdə bildirilən detalların bir-bir gerçəkləşdiyini göstərir: (Əlbəttə ki, ən doğrusunu Allah bilər.)
“ 2006 və 2007-ci illərdə son 25 ilin ən az yağış miqdarı anbar, göl və çaylardakı su nisbətini azaltdı. Əkin sahələrinin sulanmasında problemlər ortaya çıxdı... Susuzluq səbəbiylə ikinci məhsul əkini də həyata keçməyəcək ."
Son zamanlar yaşanan quraqlığın ciddi ölçüləri bir cütçünün dilindən 2007-ci il may ayında bir qəzet xəbərində belə bildirilmişdir.
" Bu il Sökə düzənliyində çox böyük bir quraqlıq var. Təkcə mənim 80 dönüşlük pambıq tarlam məhv oldu. 2006-cı ilin Oktyabr ayından bəri bölgənin hər kvadrat metrinə sadəcə 6 litr yağış düşüb. Dəniz suyu təxminən 20 metre qədər çəkilib.”
Bir çox xəbərdə də son vaxtlardakı quraqlıq səbəbiylə məhsulla bağlı yaranan gərginliyə diqqət çəkilir. Eynilə hədisdə bildirildiyi kimi.
Quraqlığın Üçüncü İlində Baş Verəcək hadisələr
Üçüncü ildə yağışlar tamamilə kəsiləcək və ciddi bir məhsul qıtlığı yaşanacaq:
" ... Üçüncü ildə isə göy üzü yağışını tamamilə kəsər, yer üzü də bitkisindən heç birini bitirməz."
2007-ci ilin aprel ayında 2 min 500 elm adamının iştirak etdiyi Hökumətlərarası İqlim Dəyişikliyi Panelində, "İqlim Dəyişikliyii 2007" hesabatı təqdim olunmuşdur. Bu hesabat, hədisdə verilən məlumatları təsdiqləyir. Hesabata görə önümüzdəki bir neçə ildə yağış yağmayan bölgələr daha da quraqlaşacaq və burada aclıq və xəstəliklər artacaq. Dəniz kənarındakı ölkələrdə qışda sellər artacaq, Orta Avropada isə qarların əriməsi sellərin yaranmasına səbəb olacaq. Avropanın əkinçilik, meşəçilik, turizm və enerji sektorları başda olmaqla bütün iqtisadiyyata mənfi təsir göstərəcək. Bəzi Afrika ölkələrində əkinçilik istehsalı yarıya qədər azalacaq.
Bütün bu məlumatlardan da aydın olduğu kimi bu gün qlobal istiləşmənin səbəb olduğu quraqlıq dünyanın bir çox ölkəsini təsiri altına alır.
Bu iqlimsəl hadisənin vaxt və inkişaf mərhələlərinin, hədis-i şərifdə axır zamanda Dəccalın çıxış əlaməti olaraq bildirilən quraqlıqla bağlı fikirlər son dərəcə uyğundur. Başqa sözlə bu hadisənin çox yaxın bir zamanda dünyada baş verəcək fövqəladə hadisələrin xəbərçisi olması mümkündür. Əlbəttə ən doğrusunu Uca Rəbbimiz bilər.
Dəccal, Yəcuc və Məcuca zəmin hazırlayacaq
Axır zamanın bəhs edildiyi hədislərdə xəbər verilən məlumatlar Dəccalın yer üzündə qarışıqlığa və zülmə təşviq edəcəyini, hətta bunları yaradacağını göstərir. Davamlı olaraq qan tökülməsi, insanların qətl edilməsi, müharibələrdə günahsız insanların öldürülməsi, nizam-intizamın pozulması, terrorun səbəb olduğu qorxu və narahatlıq Dəccalın təşviqiylə yayılır. Dəccalın peyda olmasıyla bu hadisələrin şiddətinin daha da artacağı hədislərdə bildirilir. Dəccalın yer üzündə qarışıqlıq yayaraq Yəcuc və Məcuca da zəmin hazırlayacağını, Bədiüzzaman bir sözündə bu şəkildə bildirmişdir:
... Böyük Dəccal, şeytanın iğvası (təlqinləri) və hökmüylə şəriət-i İsəviyənin əhkamını (İsəviliyin hökmlərini) qaldırıb Xristiyanların həyat-i ictimaiyələrini (sosial həyatlarını) idarə edən rabitələri (birləşdirən ünsürləri) pozaraq anarxistliyə və Yəcuc-Məcuca zəmin hazırlayar...
Bədiüzzaman bu sözündə;
• Dəccalın şeytanın təlqinlərinə və qaydalarına görə hərəkət edəcəyinə;
• Xristiyanlığın hökmlərini aradan qaldıracağına;
• Xristiyanları bir-birlərinə bağlayan ünsürləri pozacağına;
• Bu etdiklərinin Xristiyan cəmiyyətlərində anarxizmə, qarğaşaya, məğlubiyyətçiliyə yol açacağına;
• Hamısının nəticəsində isə Yəcuc və Məcuca çox uyğun bir zəmin yaradacağına, özünün də anarxist olan və qarışıqlıq yaradan Yəcuc və Məcucun bu xaos vəziyyətindən faydalanacağına diqqət çəkmişdir.
Dəccal ilə Yəcuc və Məcuc Hz. İsanın zamanında yox ediləcək.
Hədislərdə Hz. İsanın Dəccalı fikrən məğlub edib, yox edəcəyinə dair bir çox açıqlamalar var. Bu mövzuyla bağlı bəzi hədislərdə bu şəkildə buyurulur:
Həmin o an Allahın düşmənı olan DƏCCAL MƏSİH HZ. İSANI GÖRƏN KİMİDUZUN SUDA ƏRİMƏSİ KİMİ ƏRİYİB GEDƏCƏK. (Səhih-i Müslim, c. 4/2221; Ölüm Qiyamət Axirət və Axır Zaman Əlamətləri, s. 444)
... DƏCCAL ƏTRAFA FİTNƏYAYARKƏNCənab-i Haqq MƏSİH MƏRYƏM OĞLU İSANI göndərəcək... NƏFƏSİNİ İDRAK EDƏN hər kafir mütləq yox olacaq. İsa (ə.s) Dəccal ilə Lüdd qapısında (Beytül Məqdisə yaxın bir beldə) qarşılaşacaq və ONU YOX EDƏCƏK.( İmam-ı Müslim, Böyük Fitnə Məsih-i Dəccal, Səim Güngör, s. 104)
Bədiüzzaman da açıqlamalarında Dəccalın insanlar üzərindəki aldadıcı təsirlərinin Hz. İsanın vəsiləsiylə aradan qaldıracalağını belə açıqlamışdır:
Sehir və manyetizma (təlqin və hipnoz yolu ilə birini təsir altına alma) və ispirtizma (ölülərin ruhlarıyla görüşmək üçün edilənfəaliyyətlər) kimi istidraci (yalançı möcüzə) möcüzələrlə özünü mühafizə (qoruyan) və hərkəsi təshir edən (ovsunlayan, təsiri altına alan) dəhşətli Dəccalı yox edə biləcək, məsləkini dəyişdirəcək; ancaqXARİQƏ VƏ MÖCÜZƏTLİ (möcüzə sahibi) VƏÜMUMUN MƏQBULU (hər insanın məqbul gördüyü) Bir ZAT OLABİLƏR Kİ, o zat, ən ziyadəəlaqədar vəəksər (bütün) insanların peyğəmbəri olan Hz. İsa Əleyhissəlamdır. ( Bədiüzzaman Səid Nursi, Şüalar, s. 592)
Ustadın da bildirdiyi kimi, Dəccal bəzi uydurma möcüzələrlə insanları aldatdığı, şeytanların dəstəyilə hərəkət etdiyi və bəzi qeyri-adi işlər etdiyi üçün, Dəccalın məğlub olması ancaq Rəbbimizin müxtəlif möcüzələr bəxş etdiyi mübarək peyğəmbəri Hz. İsa vəsiləsiylə olacaq. Hz. İsanın Dəccalın fitnəsini yox etməsi, Allahın izniyle, çox sürətli və rahat olacaq.
Hədislərdə Hz. İsanın Dəccalın ideologiyasının bütün dayaqlarını yox edəcəyi, onu fikrən məğlub edib məhv edəcəyi izah olunur. O zaman Dəccalın hazırladığı həmin mühitdə Yəcuc və Məcuc da fitnə-fəsad çıxaracaq və müxtəlif cəmiyyətlərə zülm edəcək.
Peyğəmbərimiz Hz. Məhəmməd hədislərində Yəcuc və Məcucun yox edilməsində Hz. İsanın dualarının vəsilə olacağını bildirmişdir. Bir hədisdə Hz. İsanın Peyğəmbərimizə (səv) Merac hadisəsi zamanı bunları söylədiyi bildirilir:
Yəcuc və Məcuc hər təpədən hücum etməyə başlayacaqlar. Və qarşılaşdıqları hər suyu içib tükədəcək, hərşeyi pozub alt-üst edəcəklər, bundan sonraxalq fəryad edərək Allahdan yardım istəyəcək. MƏN DƏ (HZ. İSA) ALLAHA DUA EDƏRƏK Yəcuc və Məcucu öldürməsini istəyəcəm. Bu duam qəbul olacaq və yer onların cəsədləriyləüfunət iyi verəcək. Mən Allaha təkrar dua edəcəm. Allah da bir su göndərəcək və o su onları daşıyıb dənizə atacaq. ( İbn-i Məce, Fitən: 33)
Hədisdə də bildirildiyi kimi Hz. İsanın duasını qəbul edən sonsuz rəhmət sahibi Rəbbimiz, Yəcuc və Məcucun soyunu yox edəcək. Hədislərdə bu yoxoluşun necə olacağı bu şəkildə bildirilmişdir:
Sonra Allahu Təala, Yəcuc və Meəcucu göndərəcək... Sonra Allahın peyğəmbəri HZ. İSA və yoldaşları ALLAHA DUA EDƏCƏK, Allahu Təala düşmən ordusu içində dəvə və davarların burunlarında olan BİR QURDU GÖNDƏRƏRƏK ONLARIN HAMISINI bir insanın ölümü kimi həlak edəcək...( Sahih-i Müslim, 4/2251-2255; İmam Şərani, Ölüm, Qiyamət, Axirət və Axır Zaman Əlamətləri, Bədir Nəşriyyatı, s. 492)
Hz. İsa yoldaşlarıyla birlikdə onların şərrindən xilas olmaq üçün Allaha dua edəcəklər. Allah onlara göydən boyunlarındakı qanı əmmək üçün qurdlar göndərəcək, hamısı öləcəklər... səs-sədaları belə çıxmayacaq.(Qiyamət Əlamətləri, Müeəlif: Məhəmməd B. Rəsul Əl-Hüseyni, Mütərcim: Nəim Ərdoğan, Genişlədilmiş 8. nəşr, Pamuk Nəşriyyat, s. 252)
Ustadın da bildirdiyi kimi Dəccal bəzi uydurma möcüzələrlə insanları aldatdığı, şeytanların dəstəyilə hərəkət etdiyi və bəzi qeyri-adi işlər etdiyi üçün Dəccalın məğlub olması ancaq Rəbbimizin müxtəlif möcüzələr bəxş etdiyi mübarək peyğəmbəri Hz. İsa vəsiləsiylə olacaq. Hz. İsanın Dəccalın fitnəsini yox etməsi, Allahın izniylə, çox sürətli və rahat olacaq.
Hz. İsa vəsiləsiylə Məsih Dəccalın və bütün axır zaman fitnələrinin tam olaraq aradan qaldırılmasıyla yer üzü barış, ədalət, hüzur və güvənlə dolacaq. Hz. İsanın ikinci dəfə yer üzünə gəlməyəcəyi fikrində olanlar da heç şübhəsiz bu vəziyyət qarşısında böyük bir xəcalət yaşayacaqlar. Onlar Hz. İsanın gəlişinin nə qədər hikmətli olduğunu və bağlı mövzuların bu vəsiləylə nə qədər asan həll olduğunu görərək həm sevinəcək həm də keçmişdə söylədiklərinə görə peşman olacaqlar.
Allah yazmışdır: "And olsun, Mən və elçilərim qalib gələcək." Allah ən böyük qüvvət sahibidir, güclü və üstün olandır. (Mücadilə surəsi, 21)
DƏCCALDAN QORUNMA ÜSULLARI
İnsanları böyük bir fitnəyə aparacağı bildirilən Məsih Dəccaldan qorunmaq əlbətdə ancaq xalis iman sahiblərinə nəsib olacaq. Hər zaman olduğu kimi bu müddətdə də Allaha qəlbən bağlı olan Müsəlmanların bir olmaları və Allahın əmri olan gözəl əxlaqı tam yaşamaları lazımdır. Uca Allah bir Quran ayəsində bu şəkildə bildirir:
Möminlə həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)
Yuxarıdakı ayədə də bildirildiyi kimi möminlər qardaşdırlar. Ancaq möminlərin qardaşlığı son dərəcə fədakar bir ruh halını tələb edən qardaşlıqdır. Bu səbəblə Möminlər bir-birlərinə son dərəcə bağlı, qardaşının nəfsini hər an və hər vəziyyətdə öz nəfsindən irəli tutmalıdırlar.
Möminlər bir-birlərini Allah rizası üçün sevməli, bir-birlərini qorumalıdırlar. Əlbətdə ki, qarşılarında Dəccal kimi böyük bir fitneə varkən də, möminlərin, bir-birlərinin çatışmayan tərəflərini axtarmayıb, xırda məsələlər üçün çəkişməməlidirlər. Quran əxlaqına uyğun olaraq bir-birlərini dəstəkləməlidirlər. Möminlərin arasında inciklik olmaması, əgər varsa bunun aradan qaldırılması və bunların yerinə səmimi bir mühitin yaradılması ən gözəl rəftar olacaq. Bundan başqa isə onlar arasında qarşılıqlı hüsn-ü zənn və köməkləşmə olmalı, rəqabətin və üstünlük iddialarının doğuracağı ayrılıqlar və hər cür mənfi hallar yox edilməlidir. Möminlər bir-birlərinə sevgi göstərməli, müxalifəti bir kənara atıb əsl qardaşlığa nail olmağa cəhd etməlidirlər. İman edənlər heç kimlə pis rəftar etməyərək, hər insana onları yaxşıya, doğruya yönəltmək üçün yaxınlaşmalı; dövlətinə, ordusuna və bütün millətinə sahib çıxmalıdırlar. Möminlər yalnız bu şəkildə Dəccal fitnəsinə qarşı dimdik ayaqda dura biləcəklər.
Müsəlmanlar, Uca Rəbbimizin əmri olan güclü bir həmrəyliyi gerçəkləşdirdiklərində, dünyada meydana gələ biləcək fitnə və qarışıqlığı da əngəlləmiş olacaqlar. Allah bu vəziyyəti Quranda belə bildirir:
İnkâr edənlər bir-birlərinin dostudurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı və dost olmasanız) yer üzündə fitnə və böyük bir fəsad olur. (Ənfal surəsi, 73)
Daha önəmli olan başqa bir məsələ isə; - yaşadığımız bu zamanda- axır zamanda, insanların Quran əxlaqını tam yaşamaları və inanclarının qüvvətləndirilməsidir. Quranın möcüzələri və iman həqiqətlərindən məhrum olmuş bir fərd və ya cəmiyyət cahil olaraq qəbul edilir. Allahın gücünü lazım olduğu kimi tanıyıb təqdir edə bilməyən bir insanda bu bilgilərə sahib olmamanın çox böyük təsiri olur. Başqa sözlə Quran möcüzələri və iman həqiqətlərinə dair kitabların oxunması, internet saytlarının izlənilməsi və filmlərin seyr edilməsi bu cəhalətin önünü kəsəcək, insanların güclü bir imana qovuşmasına vəsilə olacaq. Allah, Ondan yalnız alim olanların, yəni Quran əxlaqını yaşayan və yaradılış dəlillərini bilənlərin qorxacağını Quranda belə bildirmişdir:
Allahdan Öz qulları arasında yalnız alim olanlar qorxarlar. Həqiqətən Allah, üstün və güclü olandır, bağışlayandır. (Fatir surəsi, 28)
Möminlər Allahın Quranda əmr etdiklərini diqqətlə öz həyatlarında tətbiq etdiklərində və insanları da Quran əxlaqını yaşamağa təşviq etdiklərində, Dəccalın bütün dünyaya yayılacaq fitnəsinə qarşı ən güvənli qalxan –Allahın izniylə- formalaşmış olacaq. Quranda bu şəkildə buyurulur:
Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali İmran surəsi, 104) |
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1 Əbu Rafidən rəvayət edilmişdir; İmam Şərani, Ölüm, Qiyamət, Axirət və Axır Zaman Əlamətləri, Bədir Nəşriyyatı, s. 495-496
2. Suyuti, Axır Zaman Mehdisinin Əlamətləri, s. 90
3. əl Bərzənci, Qiyamət Əlamətləri, Pamuk Nəşriyyat, İstanbul, 2002, s. 299
4. Xutbə-i Şamiyə, s. 25
5. İmam Şərani, Ölüm, Qiyamət, Axirət və Axır Zaman Əlamətləri, Bədir Nəşriyyatı, s. 482
6. Buxari, Cild 13 s. 6023
7. Səhih-i Müslim, Cild 8, s. 500
8. Şüalar, s. 592
9. Mədinəli Əllamə Məhəmməd B. Rəsul Əl- Hüseyni Əl Bərzənci, Qiyamət Əlamətləri, s. 212
10. Sünən-i İbni Məce, 4077
11. Mədinəli Əllamə Məhəmməd B. Rəsul əl- Hüseyni Əl Bərzənci, Qiyamət Əlamətləri, s. 212-213
12. Mehdi və Dəccal, Şaban Döyen, s. 74-75
13. Sünən-i İbni Məce, 4077
14. Səhih-i Buxari, Cild 15, s. 6981
15. Sünən-i İbni Məce, 4077
16. Məktubat, s. 55
17. Buxari, Fitən 26, Ənbiya 50; Müslim, Fitən 105, (2935); Əbû Dâvud, Məlâhim 14, (4315)
18. Nuəym b. Həmmaəd; əl Bərzənci, Qiyamət Əlamətləri, Pamuk Nəşriyyatı, İstanbul, 2002, s. 231
19. Səhabi b. Mutəmərdən rəvayeət edilmişdir; əl Bərzənci, Qiyamət Əlamətləri, Pamuk Nəşriyyatı, İstanbul, 2002, s. 213
20. Şüalar, s. 469
21. Xidmət Rəhbəri, s.86
|
|